"Apple" "iPhone 8" və "iPhone X" smartfonlarını təqdim edib - FOTO
13
sen
2017
00:02
"Apple" şirkəti yeni "iPhone 8" və "iPhone X" smartfonlarını təqdim edib.BAKU.WS-in məlunmatına görə, “iPhone X” ilk dəfə metal korpusla istifadəyə verilib. Smartfon 2 rəngdə qara və boz rənglərdə istehsal edilib. Telefonun arxası şüşədəndir. "iPhone X"-də 6 nüvəli A11 Bionic prosessoru yerləşdirilib ki, bu da əvvəlki modeldən 70% sürətlidir.Model virtual "Home" düyməsi və şaquli iki kamera ilə təchiz olunub.iPhone 8 isə 64 Qb və 256 Qb yaddaşlı versiyalarda satılacaq. İlkin satış qiyməti 699 dollardır.iPhone 8 Plus da 64 Qb və 256 Qb yaddaşlı versiyalarda olacaq. ABŞ-da ilkin satış qiyməti 799 dollardır.iPhone 8 naqilsiz enerjidoldurma sistemi ilə təchiz olunub.Yeni modellərin 12 meqapiksellik kameralarında yeni sensor, optik stabilləşdirici var.Qeyd edək ki, telefonun qiyməti Azərbaycanda təqribən 1800 manat olacağı gözlənilir.BAKU.WS
Oxşar xəbərlər
“iPhone 8” alıcıları küçələrdə gecələyir – FOTO
Avstraliyalı jurnalist Lük Houpvel özünün “Twitter” mikrobloqunda yazıb ki, Sidneydəki “Apple” mağazasında yeni “iPhone” smartfonlarının satışının başlamasını g...