Bütün dünyanın gözlədiyi "iPhone 8"lə bağlı sevindirici xəbər (VİDEO)
29
avq
2017
10:48
Yeni "iPhone 8" telefonun təqdim ediləcəyi vaxt məlum olub. BAKU.WS-in məlumatına görə, 10 il əvvəl 29 iyun 2007-ci ildə ilk "iPhone" təqdim edildi. "Apple"ın əfsanəvi rəhbəri Stiv Cobs tərəfindən təqdim edilən məhsul bu günün smartfon sənayesinin formalaşmasında əhəmiyyətli bir paya sahibdir. Şirkət 12 sentyabrda "iPhone 8"i təqdim edəcəyini açıqlayıb. İnternetdə yayılan məlumatlara görə, xüsusilə 10-cu il üçün yeni "iPhone" dizaynlarında ciddi fərqlər olacaq. Təkcə dizayn baxımından deyil, eyni zamanda texniki dəyişikliklər də olacaq. "Apple" şirkəti "iPhone 8"də OLED ekran panelinə keçəcək. OLED paneli həmçinin aşağı bir enerji istehlakı və keyfiyyət göstəricisi də təmin edəcək. Ekran panellərinin istehsalçısı qismində Cənubi Koreyanın "Samsung Display" şirkəti edir. Digər bir məsələ, uzun müddət gözlənilən simsiz sürətli enerji doldurma texnologiyasının tətbiqidir. "Samsung" hər gün səviyyəsini yüksəldir, xüsusən də mövcud yüksək səviyyəli modellərdə. Beləliklə, "Apple" şirkəti də "iPhone 8"də bu məsələyə cavab verəcəyindən bəhs edir.ŞahinBAKU.WS
Oxşar xəbərlər
“iPhone 8” belə olacaq – SON DİZAYN (FOTO)
Forbes nəşrinin redaktoru Qordon Kelli "iPhone 8” smartfonunun yeni görüntülərini yayıb. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bunun "iPhone 8”nin son diza...