Anar Nağılbaz: “Mənim üzərimdə şou yaratdılar...”
16
apr
2018
13:45
Son zamanlar qalmaqallı videoları ilə gündəmi zəbt edən reper Anar Nağılbaz yenədiqqətləri öz üzərinə çəkməyi bacarıb.BAKU.WS-in məlumatına görə, musiqiçi Space TV-də yayımlanan "Qarşı-qarşıya" verilişinə sərxoş vəziyyətdə gəlib.Verilişin digər qonaqları jurnalist Sədaqət Kamal və Anar Vəziroğlu musiqiçini tənqid atəşinə tutublar.Anar Nağılbaz saytımıza açıqlamasında məsələyə belə aydınlıq gətirdi: “Səhhətimlə əlaqədar spirtli içki qəbul etmirəm. O gun sadəcə dostumun ad gunu idi, sağlığına 50 qram konyak içmişdim. Sağlamlığım zəif olduğundan az miqdarda içki öz sözünü deyə bilmişdi. Verilişdəkilər mənim bu vəziyyətimdən istifadə edib şou yaratdılar”.Zülfiyyə QurbanovaBAKU.WS
Oxşar xəbərlər
Anar Nağılbaz BAKU.WS-ə eksklüziv açıqlama verdi (VİDEO)
Son günlər şəxsi həyatı ilə gündəmi altını üstünə çevirən Azərbaycan repinin atası Anar Nağılbaz BAKU.WS eksklüziv müsahibə verib. Onunla həmsöhbət isə aparıcı...