BAKU.WS-dən Anar Nağılbazın məhkəmə iddiasına CAVAB (VİDEO)
29
noy
2017
17:37
Azərbaycanlı məşhur reper Anar Nağılbaz klip təqdimatı zamanı BAKU.WS-i məhkəməyə verəcəyini açıqlayıb. BAKU.WS-in məlumatına görə, jurnalist mətbuat konfransında reperə "Demisiz ki, Elşad Xoseyə və Dəryaya görə adımız narkoman çıxıb. Ola bilər ki, bu açıqlamaya görə, porno videonuz yayılsın?" sualını ünvanlayıb. Reper isə bu suala cavabında bildirib ki, bu xəbəri yayanlar düz yaymayıblar. Anar Nağıbaz iddia edir ki, onun sözləri başqa formada təqdim edilib: "Belə getsə BAKU.WS saytını da məhkəməyə verəcəm. Çünki, mənim bir sözümü götürüb başqa formada verirlər. Mən demişdim ki, bizdə repdə çıxıb deyənlər olub ki, narkomanam. Ancaq mən bu sözü deməmişəm. Mən şəxsən öz payıma dedim ki, bu sözü deməmişəm. Bir iki nəfərə görə hansısa sənət adamını narkoman çıxarmaq düzgün deyil. Bunu yapışdırıblar bizim alnımıza". BAKU.WS Anar Nağılbazın müsahibəsində səsləndirdiyi fikirləri olduğu kimi təqdim edir:"İstifadəçisi (narkotik) olmamışam axı. Rəhmətlik Hüseyn Dərya və Elşad Xose tok-şouların birində çıxdılar dedilər ki, hər istifadə etmişik filan. Onlar artıq bizim sənət haqqında belə pis fikir yaratdılar ki, bunların işi-peşəsi elə bundan ibarətdir".BAKU.WS
Oxşar xəbərlər
Porno videosu yayılan Anar Nağılbaz göz yaşlarına boğuldu (VİDEO)
“Atamla tez-tez görüşürük. Atam bizə hər gün, hər şeyi alır. Anamı da çox istəyirəm”.BAKU.WS-in məlumatına görə, bu sözləri ARB TV-nin “Günə Son” proqramına açı...