Anar Nağılbaz atasının SİRLƏRİNİ AÇDI: "Onun şadlıq evləri, restoranları, milyonları…"
Tanınmış reper Anar Nağılbaz atası, keçmiş millət vəkili Rizvan Cəbiyevlə bağlı maraqlı açıqlamalar verib.
BAKU.WS bildirir ki, Yeniçağ.az-a danışan reper atasının heç vaxt biznesinin olmadığını deyib:
"Atam millət vəkili olduğu dönəmlərdə mənə az-çox dəstək durub, amma mən özüm həmin vaxtlarda kifayət qədər qazanırdım. 2000-2004 cü illərdə Qafqazda ən böyük prodakşın olan "Azəri imic servis" çox məşhur idi. Mən prodakşının nəzdində hip-hop musiqisinin çiçəklənməsi üçün məktəb də açmışdım, tələbələrim vardı. Amma o böyük prodakşını kiçildib, balaca prodakşın elədim. Hazırda elə bir qazanc yerim yoxdur. Çoxları fikirləşir ki, atası vaxtilə deputat olub, yəqin ondan mal-mülk qalıb. Belə deyil, atamın heç vaxt biznes sahəsində səriştəsi, eləcə də şadlıq evləri, restoranları, milyonları olmayıb. Vaxtilə mənə dəstək dursa da, bu gün təqaüdçüdür və onun özünə dəstək lazımdır. Atamdan mənə milyonlar yox, dürüstlük, təmizlik, saflıq qalıb".
BAKU.WS
Oxşar xəbərlər
Pərviz Bülbülə: "Gözəl mebel yığmağı bacarıram"
Meyxanaçı Pərviz Bülbülə Lent.az-ın "Canlı yayım”ında qonaq olub. BAKU.WS xəbər verir ki, söz ustası müsahibədə bir çox mövzulardan söz açıb: "Bu sənətdə müəl...