“100 dollar 180 manat olacaq...” - Millət vəkili
"100 dollar 180 manat səviyyəsinə qədər qalxa bilər. Hazırda bu real görünür”.
BAKU.WS xəbər verir ki, bunu AzVision.az–a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov deyib. İqtisadçı deputat bildirib ki, manat gec-tez öz real bazar dəyərini almalıdır.
Onun sözlərinə görə, manatı təzyiq altında qoruyub saxlamaq düzgün deyil:"İxracda müəyyən qədər artım olsa da, bu kifayət qədər deyil. Bununla bərabər idxal müəyyən qədər artıb. Həmçinin neftin qiyməti də manata ciddi təsir edir. Son iki həftədə müşahidə edirəm ki, Mərkəzi Bank manatı yumşaq devalvasiya prinsipi ilə buraxır. Bu da yavaş-yavaş davam etməlidir. Düşünürəm ki, ilin axırına kimə bu səviyyədə davam etsə, manat real bazar dəyərini tapa bilər. Bunu etmək lazımdır. Manatı qoruyub saxlamağa ehtiyac yoxdur. Dünyada və ölkəmizdə gedən iqtisadi proseslər imkan verir ki, manat real dəyərini alsın. Manatın qorunub saxlanması üçün vəsaiti çox da xərcləməyə ehtiyac yoxdur. Həmin vəsaiti kənd təsərrüfatı, sənaye və turizmə yönəltmək lazımdır”.
Millət vəkili hesab edir ki, 100 dollar 170-180 manat səviyyəsinə qədər qalxa bilər: "Düşünürəm ki, 100 dollar 170 və 180 manata qədər qalxa bilər. Ola bilər ki, bu qiymət çox və ya az olsun. Hər bir halda yumşaq devalvasiya prinsipi doğru addımdır”.
Qeyd edək ki, son günlər Azərbaycanda dolların bahalaşması müşahidə edilir. İyunun 23-nə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,5301 manat təşkil edir.
Oxşar xəbərlər
Manatla bağlı bədbin proqnozlar
Manat dollar qarşısında yenidən dəyər itirməyə başlayıb. Son olaraq, Azərbaycan Mərkəzi Bankı ABŞ dollarının iyunun 21-nə rəsmi məzənnəsini 1,5240 AZN səviyyəsi...