Ekspert: Dollar 5 manata kimi qalxa bilər
"Azərbaycanın üzən məzənnəyə keçidi məcburi addımdır. Bu, dünyanın valyuta bazarındakı proseslərlə izah edilir. Hazırda gördüyümüz manatın real qiymətidir”. BAKU.WS-in məlumatına görə, bunu Trend-ə İqtisad elmlər namizədi, iqtisadçı ekspert Oqtay Haqverdiyev bildirib. Onun sözlərinə görə, Azərbaycan Mərkəzi Bankının (AMB) indiki addımını manatın real qiymətinə doğru dönüşü olmayan hərəkətin başlanğıcı kimi qiymətləndirmək olar: "Güman edirəm ki, dolların bahalaşması prosesi 2016-cı il ərzində səlis davam edəcək. Ekspert qiymətləndirmələrimə əsasən, dolların real qiyməti 3-5 manat arası təşkil edə bilər". Ekspert AMB-nin bu addımını məcburi addım adlandırıb: "Dünya valyuta bazarında baş verən proseslər olmasaydı, heç nəyi dəyişməyə ehtiyac yaranmayacaqdı. Lakin Azərbaycan xarici ticarəti dollarda apardığına görə bu addım məcburidir". O.Haqverdiyev qeyd edib ki, indi Azərbaycan qarşısında qeyri-neft sektorunu inkişaf etdirmək vəzifəsi dayanır. BAKU.WS
Oxşar xəbərlər
1 dollar 2 manat olacaq (PROQNOZ)
"Artıq Mərkəzi Bankın manatın məzənnəsini müəyyənləşdirilmək cəhdləri məhdudlaşacaq. Yəni, bazar manatın məzənnəsini özü müəyyən edəcək. Dünya bazarında neftin...