Manatla bağlı nikbin proqnoz

Manatla bağlı nikbin proqnoz
İqtisadiyyat 1614

 

"Bu gün həm dünyada, həm də ölkədə baş verən proseslər manata müvəqqəti olsa da güvənlik verir. Neftin qiymətinin sabitləşməsi ($40 civarında) və FED rəhbəri xanım Canet Yelenin uçot dərəcələrini ehtiyatla qaldırmaq niyyəti barədəki açıqlaması dünyada dolların möhkəmlənməsini bir müddət ertələyib. Dollar əsas valyutalara münasibətdə ucuzlaşmağa başlayıb. Bu, manata xarici təzyiqi azaldır".

BAKU.WS-in məlumatına görə, bunu iqtisadçı Samir Əliyev söyləyib. Mütəxəssis hesab edir ki, Mərkəzi Bankın manat kütləsini azaltması nəticəsində banklar manat qıtlığı ilə üzləşib.

"Elə bunun nəticəsidir ki, valyuta hərracında bankların dollara tələbatı kəskin azalıb. Elə buna görə də manatın son günlər bahalaşması müşahidə edilir. Eyni zamanda vergi ödənişi dövrü yaxınlaşdığından şirkətlər, xüsusilə iri şirkətlər xarici valyutada olan vəsaitlərini manata çevirirlər. Ona görə də həm bazara əlavə dollar çıxarılıb, həm də manata ehtiyac artıb. Bu isə manatın mövqeyini daha da gücləndirir".

İqtisadçının fikrincə, yaxın 1-2 həftədə manatın dollar qarşısında mövqeyi güclənəcək və müəyyən qədər bahalaşacaq: "Hətta manatın 1,55 psixoloji həddi də keçməsi istisna edilmir. Ola bilsin manatın dollara olan rəsmi məzənnəsi 1,5-ə qədər yüksəlsin. Hər bir halda bu bahalaşma müvəqqəti xarakter daşıyacaq və uzunmüddətli dövrdə manatın ucuzlaşması qaçılmazdır. Çünki manatın bahalaşmasının heç bir iqtisadi əsası yoxdur və hazırda daha çox inzibati addımlardan dəstək alır".

Samir Əliyev qeyd edir ki, bütün bunlar sadəcə gözləntilərdir. Manatın məzənnəsi real səviyyəsini almadığından neftin bahalaşması hazırda manatın möhkəmlənməsini şərtləndirmir.

BAKU.WS

Oxşar xəbərlər

"Dollar bütün dünyada bahalaşır, Azərbaycanda ucuzlaşır"

"Dollar bütün dünyada bahalaşır, Azərbaycanda ucuzlaşır"

"Birinci devalvasiyadan ötən müddətdə, xüsusən ötən ilin dekabr və bu ilin yanvar aylarında Mərkəzi Bankın siyasəti dollarizasiya prosesinin qarşısının alınması...

2562 İqtisadiyyat 09:13 23 fevral 2016

Son xəbərlər