Prezident, reper və səfirdən Zabitə dəstək (FOTO, VİDEO)

Prezident, reper və səfirdən Zabitə dəstək (FOTO, VİDEO)
Video
Video 2510

 

"Axmed” kikboksinq klubunun rəhbəri, Azərbaycanın K-1 ustası, döyüşçü Zabit Səmədov WBC Muay Thai versiyası üzrə dünya çempionu titulu uğrunda rumıniyalı döyüşçü Katalin Moroşanu məğlub edib. 

BAKU.WS-in məlumatına görə, azərbaycanlı idmançının qələbəsi təkcə Çeçenistanda deyil, həm də bütün Azərbaycanda sevinclə qarşılanıb. Qarşılaşmanı izləmək üçün dünyanın dörd bir yanından azərbaycanlılar Qroznıya axın edib. Qarşılaşmanın çıx az müddət çəkməsinə baxmayaraq aarkeşlər həmyerlimizə böyük dəstək verib.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da Zabitə dəstək verənlər arasında olub. Məşhur reper Timati və Çeçenistan prezidenti Ramzan Kadırov da Instagram hesabından paylaşılan fotoda "Biz bunu bacardıq" yazaraq Zabiti təbrik ediblər.

Şahin Həbibov

BAKU.WS

Son xəbərlər