Anar Nağılbaz: Elşad Xoseyə və Dəryaya görə adımız narkoman çıxıb (VİDEO-MÜSAHİBƏ)

Anar Nağılbaz: Elşad Xoseyə və Dəryaya görə adımız narkoman çıxıb (VİDEO-MÜSAHİBƏ)
Video
Şou-biznes 7465
BAKU.WS-in budəfəki, müsahibi repçi Anar Nağılbazdır. -Yeni layihələriniz haqqında danışardınız...-Aytənim mahnısına klip çəkildi və klipimizin təqdimatı keçirildi. Bu mahnı sevdiyim xanıma həsr olunub. -Çəkildiyiniz film haqqında məlumat verərdiniz...-“American Love” (Amirekan Sevgisi) adlı kiçik bir filmin çəkilişi Amerikada baş tutacaq. Filim senarsi, musiqisi və sözləri mənə, rejissorluğu isə Süleyman Musazadəyə aiddir.-Siz filmdə hansı obrazda rol alırsınız?- Həyatda itmiş və səfil kimi yaşayan bir obrazdır. -İlk qazandığınız pul nə qədər olub?-Həcmi yadımda deyil amma normal olduğunu bilirəm. Çünki 1992-ci ildən ilk konsertlərimi verməyə başlamışdım. O dövr üçün çox normal idi. -Bir müddət əvvəl sosial şəbəkədə iş axtarırdınız. Mədəniyyət evlərdən birində müavini idiniz. O iş necə oldu? Sizi çıxartdılar ya maaşı qane etmədi?- Ümumiyyətlə mədəniyyət və tibb sahələrində maaşlar azdır, bu heç kimə sirr deyil. -Son vaxtlar kəskin statuslarınız ilə seçilirsiniz. Bunu insanlar necə qəbul etsin. Aqressivliyinizə səbəb atanızın vezifədən getməyinə etirazdır?- Sadəcə olaraq bir az xislətdən də irəli gəlir ki, hansısa bir işləri aşılamaq üçün, onları çatdırmaq üçün bu kəskinlik özü də bir rol oynayır.-Gənclik illərinizdə bir sıra məşhur xanımlarla sevgi münasibətiniz vardı. Nə yaxşı həmin xanımlardan biri ilə ailə həyatı qurmadınız?- Çox maraqlı sualdır. Bu barədə heç düşünməmişəm. Çünki ailə quracağım insanı bu sahədən görməmişəm və hiss etməmişəm. Bəlkə də ona görə. -Atanız rep deməyinizə razı olmayıb. Sonradan necə oldu?- Ümumiyyətlə mənim heç bir konsertimə, televiziyadakı çıxışlarıma atam xoşlamaz baxmağı. Atam muğamdan başqa heç nə sevmir. -Narkotikdən necə canınızı qurtardız?- İstifadəçisi elə də olmamışam axı. Rəhmətlik Hüseyn Dərya və Elşad Xose tok-şouların birində çıxdılar dedilər ki, hər istifadə etmişik filan. Onlar artıq bizim sənət haqqında belə pis yaratdılar ki, bunların işi-peşəsi elə bundan ibarətdir.Söhbətləşdi: Zümrüd CavadovaMontaj: Çinarə Vahabzadə

Son xəbərlər