Sədaqət Ulduz “Gecələr”ni təqdim etdi (AUDİO)
Müğənni Sədaqət Ulduz yeni "Gecələr” adlı mahnısını təqdim edib.
BAKU.WS xəbər verir ki, yeni mahnının söz və musiqisi Tural Bakuviyə, aranjimanı isə Ramal Rəsula aiddir. Lirik janrda olan mahnıda qədim musiqi aləti ud səsinə üstünlük verilib. Udu Kənan ifa edib. Mahnı artıq bütün radio dalğalarında yayımlanır.
Müğənni əlavə edib ki, yeni mahnısına klip çəkdirəcək.
Sədaqət Ulduz bir neçə ildir Sultan Hacıbəyov adına Musiqi Kollecində aşıq sənətini tədris etdiyini də bildirib.
6 yaşında ümummittifaq festival laureatı adını aldığını deyən müğənni aşıq sənəti, deyil, mahnı janrına üstünlük verdiyinə gizlətməyib:
"Bəzən mahnı oxumağa yüngül iş kimi, dırnaqarası baxırlar. Amma mahnı oxumaq heç də aşıq musiqisi, muğam oxumaqdan asan deyil, əksinə, daha çox istedad tələb edir. Muğamda özünəməxsus çox şeylər edə bilərsən. Lakin mahnıda bu imkanlar yoxdur. Saz sənətində populyar olmaq çox asandır. Mənə deyirlər ki, sazı götür əlinə, sənə geniş meydanlar açaq. Çünki aşıq sənətində olanlar arasında sənətə qulluq edənlər barmaqla sayılır. Əksəriyyəti toy repertuarı oxuyur. Onları da qınamıram. Sazla toy mahnıları oxuyurlar ki, efirə, toy şənliklərinə getsinlər. Aşıq gərək yaradıcı olsun. Mən gözəl saz çalıb oxuya bilərəm. Amma öz yaradıcılığım yoxdursa, bu, mənasızdır. Aşıq gərək özü yaza, özü oxuya, aşıq Ulduz kimi. Onun-bunun şerini deyəcəmsə, yalandan sazı əlimə niyə götürüm?”
Xatırladaq ki, Sədaqət tanınmış aşıq, əməkdar mədəniyyət işçisi aşıq Ulduzun qızıdır.
"Gecələr” mahnısını aşağıdakı linkə keçid etməklə dinləyə bilərsiniz:
Aysel.Ş
BAKU.WS
Oxşar xəbərlər
“Gecə-gecə” mahnısını Nura Suri də oxudu (AUDİO)
Müğənni Nura Suri yeni mahnı oxuyub. BAKU.WS xəbər verir ki, ifaçı bu dəfə dillər əzbərinə çevrilən "Gecə-gecə” bəstəsinə yeni nəfəs verib. Sözləri Baba Qədi...