Anar Nağılbazın uzun müddətdən sonra ilk repi (VİDEO)

Anar Nağılbazın uzun müddətdən sonra ilk repi (VİDEO)
Video
Şou-biznes 8366
 

Tanınmış reper Anar Nağılbaz uzun müddətdən sonra yeni rep oxuyub. 

Reper BAKU.WS-ə bildirib ki, repi PRoMete ləqəbilə tanınan Azərbaycanlı reper və prodüser Pərviz İsaqov ilə birlikdə duet oxumalı idi:

"Musiqi ProMeteyə məxsusdur və onunla duet olmalı idi. Başı çox qarışıq oldu və məndən də hamının gözlədiyi üçün Nadir Nəğdpulun yanında yazdırıb elə o şəkildə də təqdim etdim". Reper əlavə edib ki, repin adını pərəstişkarları qoyub.

Videonu reper sosial şəbəkədə paylaşıb və "Dostlar, qardaşlar üçün” yazıb. Bir müddət əvvəl reper çətin günlərini yaşadığını demişdi. O, uzun müddət işsiz və iş axtardığını bildirmişdi. 

Reperin ifa etdiyi repin adı "Hirsli Şair”di. Reper ifa etdiyi repə klip də çəkdirib. 

Tuncay

BAKU.WS 

Oxşar xəbərlər

Anar Nağılbazın keçmiş nazirlə görüntüsü yayıldı - FOTO

Anar Nağılbazın keçmiş nazirlə görüntüsü yayıldı - FOTO

Tanınmış reper Anar Nağılbaz keçmiş nazir İsgəndər Həmidovla fotosunu paylaşıb. Yenicag.az xəbər verir ki, reper çəkdirdiyi fotosunu belə təqdim edib: "Heç nə...

6276 Sosial 13:30 31 may 2017

Son xəbərlər