Anar Mədətov onu həyatından silən oğluna jest etdi - VİDEO

Anar Mədətov onu həyatından silən oğluna jest etdi - VİDEO
Foto Video
Şou-biznes 16376
Prodüser Anar Mədətov oğlunun soyadını dəyişməsilə barışa bilmir.BAKU.WS xəbər verir ki, atasının ikinci dəfə evləndiyinə görə Mədətov soyadından imtina edib Emrəli olan "Qarabağ"ın və millinin futbolçusu Mahir dünən APOEL-lə oyunda qol vurub.Mahirin atası Anar Mədətov oğlunun qol vurduğu kadrları paylaşıb və paylaşımında onu Mahir Mədətov kimi qeyd edib. Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində, səfərdə Kipr təmsilçisi APOEL-ə qarşı keçirdiyi ilk matçdan qalib (1:2) ayrılıb. Birinci qolu rəqib qapısından Mahir Emreli, ikincini isə "Qarabağ"ın yeni transferi Maqaye Qeye keçirib. Cavab matçı avqustun 13-ü Bakıda keçiriləcək.Aysel

Son xəbərlər