Aktrisa: "Qardaşım Dövlət Neft Akademiyasında baş verən terrorda həlak oldu" (VİDEO)

Aktrisa: Qardaşım Dövlət Neft Akademiyasında baş verən terrorda həlak oldu (VİDEO)
Video
Şou-biznes 2471

ARB TV-nin "Ömrün fəsilləri” verilişinin növbəti qonağı aktrisa Svetlana Vahidova olub.

Aktrisa verilişdə ilk olaraq ailəsindən söz açıb: "Böyük qardaşımdan danışmaq mənə çətindir. O, coğrafiyanı, astronomiyanı yaxşı bilirdi. Azərbaycan Dövlət Neft Akademiyasını bitirəndən sonra orada işləmək üçün qaldı. Musiqidən başı çıxırdı, alman dilində yaxşı danışırdı. Hər şeyə marağı var idi. Mən birtəhər 3-lə oxuyub, bitirmişəm. Dilləri özü öyrənərdi. Onun yanında danışmağa qorxmuşam. Çalışırdım ki, onla mübahisə etməyim, çünki bilirdim ki, onun yanında heçnəyəm. Pyeslər yazırdı. Böyük yumora malik insan idi. Onun "Yarımştat” tamaşasını efirdə tez-tez verirlər”.

Daha sonra Svetlana Vahidova qardaşı, yazıçı-ssenarist Məcnun Vahidovun ölümündən danışıb: "Qardaşım Dövlət Neft Akademiyasında baş verən terrorda həlak oldu. Böyük arzuları var idi. Hətta deyirdi ki, istəyirəm musiqi də yazım. Həmin gün saat 9-un yarısı idi. Qardaşım zəng etdi ki, mən işə gedirəm, Elbrusa de ki, alətləri hazır etsin, gəlib saçımı düzəltdirəcəm.

Saata baxdım, dedim ki, biraz da yatım. Sonra oyananda gördüm zəng edib deyirlər ki, Məcnundan nə xəbər var? Deyirəm heç nə, işdədir də. Mən də rus kanallarını izləyirəm, bizim kanallara baxmıram deyə, xəbərim yoxdur. Dedi ki, bəs Neft Akademiyasında olan hadisədən xəbərin yoxdur? Dedim yox. Oğlum zəng etdi. Onların artıq xəbəri var idi. Mənə demək istəmirdilər. Dedilər ki, bizim kanala çevir, bütün kanallar verir. Kanalı dəyişdim ki, həqiqətən də qaça-qaçdır. Amma ağlıma da gətirə bilmirdim ki, qardaşıma nəsə ola bilər. Bacıma zəng etdim. Hamısı reanimasiyanın qabağında gözləyirmiş. Bacım ağlayırdı, danışa bilmirdi. Onda başa düşdüm. Telefonu atdım, qışqırığım göyə qalxdı”.

BAKU.WS

 

Son xəbərlər