Əməkdar artist: "Qardaşımın öldüyü gün veriliş apardım" - VİDEO

Əməkdar artist: Qardaşımın öldüyü gün veriliş apardım - VİDEO
Video
Video 3037

ARB TV-nin efirində yayımlanan "Ömrün fəsilləri" verilişinin qonağı olan əməkdar artist Nailə İslamzadə maraqlı açıqlamalar verib.

O, ailəsi haqda danışıb: 

"Ailəm Bakıda qalmağımı istəmirdi. Mən də işə girdim, düşündüm ki, bir az işləyib sonra gedərəm. Öz evimizə, rayonumuza çox bağlı idim. Amma elə oldu ki, burada qaldım, ailə həyatı qurdum. Ailəm televiziyada hansı komanda ilə işlədiyimi, hansı şəraitdə çalışdığımı görüb sakitləşdi. Televiziyada məni yaxşı qarşıladılar. Sonradan sirli səbəblərə görə arada narazılıqlar oldu. Onlar da sonradan sovuşub getdi. Çox çalışqan idim. Əlimdə kitab, arasında qəzet tutub təcrübəli diktorların arxasınca gəzirdim. Onları oxumamış efirə çıxmazdım".

Nailə İslamzadə qardaşlarının ölümünə də toxunub: "Televiziyada işləyəndə atam rəhmətə getdi. Onun yasını yola verib, efirə çıxıb normal yola verirdim. Kiçik bir şeylər olur ki, onu biz özümüz bilirik ki, səhv etdik, amma tamaşaçıya bildirmirik. Qardaşımın biri xərçəng idi, xəstəlikdən öldü, digəri isə qəzada. Hər iki qardaşım rəhmətə gedəndə Azərbaycanda olmamışam. TRT Avaz-da verilişlər aparırdım, yazırdım. Təsadüfən fasilə oldu və "facebook"a girdim və gördüm ki, başsağlığı verirlər mənə. Sonradan anladım ki, belə hadisə olub, qardaşım vəfat edib və mənə demirlər. Bilmədim, necə edim, necə aparım verilişi. Məcburən verilişi apardım. Peşəkarlığımız budur. Hər bir vəziyyətdən çıxmaq lazımdır. Hələ elə ağır veriliş aparmamışdım".

BAKU.WS

Son xəbərlər