Adil Əliyev: “Məhərrəm Əliyevin “Diqlas” ticarət mərkəzi ilə hər hansı bağlılığı yoxdur”
27
mar
2019
14:34
Milli Məclisin deputatı Adil Əliyev yanan “Diqlas” Ticarət Mərkəzinin bir hissəsinin qardaşı, ədliyyə nazirinin müavini, general-leytenant Məhərrəm Əliyevə məxsus olması ilə bağlı məlumatlara münasibət bildirib.BAKU.WS "report”a istinadən xəbər verir ki, A.Əliyev Məhərrəm Əliyevin heç bir ticarət obyektinə birbaşa və dolayısıyla bağlılığı olmadığını bildirib.O qeyd edib ki, dayısıoğlu Nadir Əzizovun ticarət mərkəzi var, adı da “Ramal”dır:“Həmin ticarət mərkəzi Əzizovlar ailəsinə məxsusdur. Hər kəsin obyekti - istər “Diqlas”, istərsə də “Ramal” - özlərinin sağlığına qismət olsun. Bizim qürurumuz, namusumuz şərəfimizdir. Kimsə bilərəkdən yalan məlumat yayırsa, onun namusu, vicdanı və şərəfi sual altındadır”.Xatırladaq ki, martın 26-da Bakının Nizami rayonu, Qara Qarayev prospekti, 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində yanğın olub, ticarət mərkəzi tamamilə yararsız hala düşüb.Bəzi mətbuat orqanlarında həmin ticarət mərkəzinin bir hissəsinin Məhərrəm Əliyevin qohumlarına məxsus olması ilə bağlı məlumatlar yayılıb.BAKU.WS
Oxşar xəbərlər
"Diqlas"da baş verən yanğınla bağlı cinayət işi başlandı
"Diqlas" ticarət mərkəzində baş verən yanğınla bağlı cinayət işi başlanıb.BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən ONA-ya bildirilib. Ve...