Adı ölüm işində hallanan müğənnidən ŞOK açıqlama - VİDEO
14
iyn
2018
17:58
Bir neçə gün əvvəl mərhum müğənni Vidadi Bərdəlinin oğlu Tuncay Vəliyevin həbs olunması ilə bağlı yayılan xəbərlər Vidadi Bərdəlinin ailəsində narahatlığa səbəb olub. Belə ki, iddia olunan və bəzi xəbər portallarında fotoları paylaşılan Tuncay Vəliyev Vidadi Bərdəlinin oğlu olmadığını açıqlayıb. Eyniylə Tuncay Vəliyev adını və soyadını daşıyan həmin şəxs “Lider” telekanalında yayımlanan “Klip plyus” verilişinin aparıcısı və uzun illərdir müğənni kimi fəaliyyət göstərən Tuncay Vəliyevdir (Tuncay Vidadi Bərdəli).BAKU.WS xəbər verir ki, T.Vəliyev özü bu barədə mətbuata həm video müraciət edib, həm də açıqlama verərək bildirib ki, haqqında yazılan məlumatların ona heç bir aiddiyyatı yoxdur:“Dəfələrlə açıqlama vermişəm ki, mən Vidadi Bərdəlinin oğlu deyiləm. Mən onun doğma böyük qardaşı Vaqif Vəliyevin oğluyam. Amma adı cinayət işlərində qeyd olunan Tuncay Vəliyev isə Vidadi Bərdəlinin qeyri-rəsmi nigahdan olan oğludur. İkimiz də eyni adı və soyadı daşıyırıq. Bizim həmin ailəylə münasibətimiz və əlaqəmiz tamamilə yoxdur. Ümumiyyətlə, ilk gündən nə onların bizimlə, nə də bizim onlarla heç bir əlaqəmiz olmayıb. Rəhmətlik Vidadi əmim sağlığında onlara qarşı soyuq münasibətdə idi. Onun həmin ailəyə daimi gediş-gəlişi olmayıb. Bunlar hamısı keçmişdə olub və keçmişdə qalıb. Demək istəyirəm ki, məni həmişə həmin oğlanla səhv salırlar. İnsanlar elə bilirlər ki, mən onun oğluyam. Amma xeyr, mən Vidadi Bərdəlinin qardaşı oğluyam”.T.Vəliyev ad məsələsinə də aydınlıq gətirib: “Əmim sağlığında özü mənə deyib ki, sən muğam və xalq mahnılarımızın ifaçısı kimi istəyirəm ki, adımı yaşadasan. Həmişə adımı üzərində daşı və bunu yaşat! O, bu məqsədlə öz adını mənə həvalə edib. Ömrümün sonunadək bu adı üzərimdə daşıyacağam və yaşadacağam.”Baş vermiş bu çaşqınlıqda onun fotolarının yayılmasında və adının çəkilməsində kimlərinsə vasitəçi olduğunu söyləyən T.Vəliyev deyib ki, şübhələndiyi şəxslər var: “Bu məsələ kimlərinsə vasitəsiylə olub. Çünki yetərincə insanlar bilir ki, mən Vidadi Bərdəlinin qardaşı oğluyam. Şübhələndiyim insanlar var. Adını çəkmək istəmirəm. Bunu edən şəxs məni istəməyən biridir. Bu, öyrədilmiş bir amildir ki, kimlərinsə mənimlə qəsdi-qərəzliyi var. Məni istəməyən dostlar da, qohumlar da var.”T.Vəliyev Vidadi Bərdəlinin ailə münasibətləriylə bağlı fikirlərini bölüşüb. O, ailəsinin hadisəylə əlaqədar narahat olduğunu söyləyib: “Vidadi Bərdəlinin bir qardaşı və iki bacısı var: Vaqif, Solmaz və Yeganə. Bacı-qardaşlar arasında münasibət yaxşıdır. Ailəvi gediş-gəlişləri var. Sadəcə olaraq, baş verən hadisədə mənim adımın çəkilməsi və fotomun yayılması ailəmizə qarşı ləkədir. Mən bəzi jurnalistlərimizdən çox xahiş edirəm ki, mənim adımı bu məsələdə hallandırmasınlar və məni Vidadi Bərdəlinin oğluyla səhv salmasınlar.”Şübhəli şəxs olan Tuncay Vəliyev haqqında danışmaq istəmədiyini deyən T.Vəliyev onu qardaş kimi qəbul etmədiyini açıqlayıb: “Həmin Tuncayla bağlı qətiyyən heç bir şey danışmaq istəmirəm. O, məni maraqlandırmır. Onu qardaş kimi qəbul etmirəm. Qardaşım Orxandır.”Vidadi Bərdəlinin iddia olunan oğlu Tuncay Vəliyevin (Tuncay Vidadi Bərdəli) video müraciətini təqdim edirik:Zülfiyyə Qurbanova BAKU.WS
Oxşar xəbərlər
Mərhum müğənninin xanımı danışdı: Oğlum adam öldürməyib
Bildiyimiz ki, mərhum sənətkar Vidadi Bərdəlinin oğlu Tuncay Vəliyevin saxlanılmaxəbərləri yayılıb. O, iyunun 7-də saat 3 radələrində Nəsimi rayonunun Ə.Topçuba...