Vidadi Bərdəlinin oğlunun törətdiyi qətlin təfərrüatı
Dünən Bərdə rayonunda törədilmiş qətl hadisəsinin səbəbi məlum olub.
BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, mərhum müğənni Vidadi Bərdəlinin qeyri-rəsmi nikahdan dünyaya gəlmiş oğlu, 26 yaşlı Tural Allahverdiyev 24 yaşlı Məkan Rüstəmovu 85 manat pula görə qətlə yetirib.
Bəlli olub ki, müğənnini oğlu Bərdə rayon Mənzil Kommunal İstismar Sahəsində işləyib və məişət tullantılarının toplanması ilə məşğul olurmuş. O, tullantılar arasından topladığı butulka və əlvan metalları M.Rüstəmova satırmış. Beləliklə, M.Rüstəmovun T.Allahverdiyevə borcu yaranıb.
Dünən T.Allahverdiyevlə M.Rüstəmov arasındakı münaqişə də məhz həmin alverdən yaranmış 85 manat borc üstündə baş verib. Əvvəllər xuliqanlıq etdiyinə görə məhkumluq həyatı yaşamış 26 yaşlı Tural bıçaqla M.Rüstəmova 3 zərbə endirərək onu öldürüb.
Xatırladaq ki, mərhum müğənninin rəsmi nikahı olan xanımından 4, qeyri-rəsmi yaşadığı ikinci xanımından isə 2 övladı var. Tural Allahverdiyev isə Vidadi Bərdəlinin nikahdankənar evliliyindən dünyaya gəlib.
BAKU.WS
Oxşar xəbərlər
Tanınmış azərbaycanlı müğənninin oğlu pula görə adam öldürdü
Bu gün Bərdə rayonunda qətl törədilib. Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, rayonun Alaçadırlı kəndində 1990-cı il təvəllüdlü Al...