Teleaparıcı Lalə Əlimuxtarova BNA tərəfindən hər gün 20 manat cərimələnir.

BAKU.WS bildirir ki, ARB-də yayımlanan "Ay ev yiyəsi" verilişinin aparıcısı avtomobilini hər gün yaşadığı binanın qarşısında saxladığına görə hər gün cərimə yazıldığını bildirib:

O, İnstaqram hesabında paylaşdığı videoda aidiyyəti orqanlara səslənərək məsələnin həll olunmasını tələb edib:

"Həsən bəy Zərdabi küçəsindəyəm, avtomobilimi bina sahiblərinin icazəsi ilə qarşısında saxlayıram. Hər gün polislər gəlib çəkib, cərimə yazırlar. Yeni tikilən binadır, dayanacağı yoxdur. Deyiblər, icazə almışıq saxlayın. Burada “saxlama” işarəsi yoxdur. Özü də son 1 həftədir edirlər. Niyə insanları incidirlər? Hər gün 20 manat cərimə yazırlar.

Səhərin açılmasına imkan vermirlər. Yenə gəlib maşını çəkib və cərimə ediblər. Burada saxlanılan avtomobillər heç bir yoldan keçənə mane olmur”.

BAKU.WS
VİDEO