Lalə Azərtaş: "Məni evə buraxmır, övladlarımla görüşməyə qoymur" - VİDEO

Lalə Azərtaş: Məni evə buraxmır, övladlarımla görüşməyə qoymur - VİDEO
Video
Şou-biznes 4120

ATV-nin xəbər aparıcısı Lalə Azərtaş koronavirus pandemiyası səbəbindən bir müddətdir, qızlarının üzünə həsrət qalıb.

BAKU.WS xəbər verir ki, hər gün işə gedib-gəldiyini deyən aparıcı qızlarına anasının baxdığını deyir:

"Karantin rejimidir deyə anam məni evinə buraxmır. Mənə qoyduğu payı eyvandan aşağı sallayır. Övladlarımla görüşməyə də qoymur. Deyir ki, işləyirsən və sən real təhlükə mənbəyisən. Bir daha aydın oldu, anam nəvələrini məndən çox istəyir. Deyir ki, sən hər gün işləyirsən, olmaz. Düz edir, çünki hamımızı qoruyur".

Qeyd edək ki, Lalə iki qız anasıdır.

Son xəbərlər