13 yaşlı İTV-nin 13 unudulmaz aparıcısı - Vəfat edən kim, xaricə köçən kim... (FOTOLAR)

13 yaşlı İTV-nin 13 unudulmaz aparıcısı - Vəfat edən kim, xaricə köçən kim... (FOTOLAR)
Şou-biznes 22526
Bu gün İctimai Televiziya və Radio Yayımları Şirkətinin yaranmasından 13 il ötür. BAKU.WS xəbər verir ki, yarandığı gündən tamaşaçıların rəğbətini qazanan İTV bir-birindən maraqlı verilişləri ilə seçilməyi bacarıb. İctimai Televiziya 2007-ci ildə Avropa Yayım Birliyinin (EBU)-nin üzvü seçilib və 2007-ci ildə Avroviziya Mahnı Müsabiqəsini yayımlayıb.Telekanala 2005-2013-cü illərdə İsmayıl Ömərov, 2013-2018-ci illərdə Cəmil Quliyev rəhbəlik edib. İTV-nin hazırkı direktoru Balakişi Qasımovdur. İTV-də məşhurlaşan və tamaşaçı sevgisi qazanan aparıcılar da az olmayıb. 13 yaşlı televiziyanın 13 ən yaddaqalan aparıcısını sizə təqdim edirik:
13 yaşlı İTV-nin 13 unudulmaz aparıcısı - Vəfat edən kim, xaricə köçən kim... (FOTOLAR)
1. Saleh Bağırov İTV-nin efirində ilk dəfə tamaşaçıları salamlayan aparıcı Saleh Bağırov olub. S. Bağırov hazırda "Yeni gün" verilişini aparır.
13 yaşlı İTV-nin 13 unudulmaz aparıcısı - Vəfat edən kim, xaricə köçən kim... (FOTOLAR)
2. Hüsniyə MəhərrəmovaHazırda ATV-də "V element" verilişinin aparıcsı olan Hüsniyə Məhərrəmova ilk addımlarını məhz İTV-də atıb. H. Məhərrəmova daha çox "Qaraj" verilişinin aparıcısı və Avroviziya Mahnı Müsabiqəsininin Azərbaycan şərhçisi kimi yaddaşlarda qalıb.
13 yaşlı İTV-nin 13 unudulmaz aparıcısı - Vəfat edən kim, xaricə köçən kim... (FOTOLAR)
3. Leyla QuliyevaHəmkarı H. Məhhərrəmova kimi Avroviziya Mahnı Müsabiqəsininin Azərbaycan şərhçisi kimi tanınan Leyla Quliyeva hazırda İTV-nin bədii əyləncə və musiqi verilişləri departamentinin rəhbəridir. L. Quliyeva İctimai kanalda ayrı-ayrı illərdə “Yeni Gün”, "İntrada","Yaradıcılıq gecəsi", "Ekspromt", "Ustad dərsi", “Qadın dünyası” kimi verilişlərin aparıcısı olub.
13 yaşlı İTV-nin 13 unudulmaz aparıcısı - Vəfat edən kim, xaricə köçən kim... (FOTOLAR)
4. Könül Arifqızı Hazırda İTV-də çalışan Könül Arifqızı ilk dəfə "Patefon" verlişində debüt edib. K. Arifqızı daha sonra "Eskpromt", "Ötən əsrin nəğməsi" və s. verilişlərin aparıcısı olub. O, hazırda "Bir mahnının tarixçəsi" verilişi aparır.
13 yaşlı İTV-nin 13 unudulmaz aparıcısı - Vəfat edən kim, xaricə köçən kim... (FOTOLAR)
5. Kamran İsrafilovBu ilin fevralında vəfat edən aktyor Kamran İsrafilov İTV-də uşaq verilişlərinin aparıcı kimi xatırlanır. K. İsrafilov həmçinin Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan Mərdəkan Mədəniyyət sarayın bədii rəhbəri olub.
13 yaşlı İTV-nin 13 unudulmaz aparıcısı - Vəfat edən kim, xaricə köçən kim... (FOTOLAR)
6. Murad ArifHazırda bəstəkar-müğənni kimi tanınan Murad Arif aparıcı kimi İTV-də tanınıb. O, İTV-də ayrı-ayrı illərdə "Qaraj" verilişinin aparıcısı və Avroviziya Mahnı Müsabiqəsininin ilk Azərbaycan şərhçisi olub.
13 yaşlı İTV-nin 13 unudulmaz aparıcısı - Vəfat edən kim, xaricə köçən kim... (FOTOLAR)
7. Azər Süleymanlı Bir çox televiziya kanallarında çalışmasına baxmayaraq, Azər Süleymanlını çoxu İTV-nin aparıcısı kimi tanıyır. Bir müddət "Azərkeş" verilişini aparan A. Süleymanlı hazırda "Yeni gün"də tamaşaçılara xoş ovqat bəxş edir.
13 yaşlı İTV-nin 13 unudulmaz aparıcısı - Vəfat edən kim, xaricə köçən kim... (FOTOLAR)
8. Vüsalə KərimovaVüsalə Kərimovanın 20 illik jurnalistika fəaliyyətin bir hissəsi İTV ilə bağlıdır. O, İctimai kanalda "Çarçı" informasiya proqramının aparıcısı kimi çalışıb.
13 yaşlı İTV-nin 13 unudulmaz aparıcısı - Vəfat edən kim, xaricə köçən kim... (FOTOLAR)
9. Nərmin QaralovaNərmin Qaralova İTV-də "Muzekspress", "İstiqamət" və s. verilişlərin aparıcısı və redaktoru olub. N. Qaralova hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin mətbuat katibi vəzifəsində çalışır.
13 yaşlı İTV-nin 13 unudulmaz aparıcısı - Vəfat edən kim, xaricə köçən kim... (FOTOLAR)
10. Kamran Quliyev 2017-ci ilin iyulunda İTV ilə yollarını ayıran Kamran Quliyev orada "Yeni gün", “Antrakt” və “Tevebələdçi” kimi maraqlı verilişlərin aparıcısı olub. Hazırda "KA Media" prodakşının sahibidir.
13 yaşlı İTV-nin 13 unudulmaz aparıcısı - Vəfat edən kim, xaricə köçən kim... (FOTOLAR)
11. Ramal HüseynovRamal Hüseynov İTV-də "Yeni gun", "Palitra", "Aktual", "Gənclik Meydanı" və s. verilişlərin aparıcısı olub. Daha sonra "Xəzər TV"də aparıcılıq edən R. Hüseynov hazırda ABŞ-da yaşayır.
13 yaşlı İTV-nin 13 unudulmaz aparıcısı - Vəfat edən kim, xaricə köçən kim... (FOTOLAR)
12. Günay Namidar"Carçı" informasiya proqramının tanınan aparıcılarından olan Günay Namidar hazırda yerli şirkətlərin birində mətbuat katibi vəzifəsində çalışır.
13 yaşlı İTV-nin 13 unudulmaz aparıcısı - Vəfat edən kim, xaricə köçən kim... (FOTOLAR)
13. Tamilla ŞirinovaTamilla Şirinova "Carçı" informasiya proqramını rus dilində təqdim edən aparıcılardan olub. O həmçinin 2010-cu və 2014-cü ildə Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanın səslərini elan edən aparıcı olub. T. Şirinova hazırda xarici ölkələrin birində yaşayır. Hüseyn MəmmədsalahovBAKU.WS

Oxşar xəbərlər

İTV-nin yeni direktoru kadr dəyişikliyi edib

İTV-nin yeni direktoru kadr dəyişikliyi edib

Bu gün İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının iclası keçirilib.BAKU.WS xəbər verir ki, İctimai Televiziya və Radio Yayımları Şirkətini...

2912 Şou-biznes 17:51 05 iyun 2018

Son xəbərlər