İTV-nin yeni direktoru kadr dəyişikliyi edib
05
iyn
2018
17:51
Bu gün İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının iclası keçirilib.BAKU.WS xəbər verir ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktorunun müavini Həsən Abdullayev vəzifəsindən gedib. Kanalın yeni rəhbərliyi artıq onun yerinə namizəd də tapıb. Əldə olunan məlumata görə, yeni rəhbərliyin "Carçı” xəbərlər departamentinə nəzarəti həvalə etdiyi Murad Hüseynov hələ ki, bu posta yeganə namizəddir.Yayım Şurasının bu dəqiqələrdə keçirilən iclasından sonra onun baş direktorun müavini vəzifəsinə təsdiqlənəcəyi gözlənilir."Qafqazinfo"ya daxil olan məlumata görə, iclasda baş direktor Balakişi Qasımovun yeni təyinatlar məsələsi üzrə təkliflərinə baxılıb. Müzakirələrdən sonra Murad Məhəmməd oğlu Hüseynov İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş Direktor müavini, Yusif Bayandur oğlu Həmidov maliyyə direktoru, Faiq Akif oğlu Qürbətov Aparat rəhbəri, Leyla Mütəllim qızı Quliyeva bədii əyləncə və musiqi verilişləri departamentinin rəhbəri vəzifəsinə təsdiqləniblər.İclasda İctimai Televiziya və Radio Yayımları Şirkətinin bu vəzifələrdə çalışan sabiq əməkdaşlarına göstərdikləri fəaliyyətə görə təşəkkür edilib, onlara gələcək əmək fəaliyyətlərində uğurlar arzulanıb.İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş Direktoru Balakişi Qasımovun sözlərinə görə Şirkətin idarəetmə heyətində dəyişikliklər İctimai Televiziya və Radionun işinin effektivləşdirilməsi, müasir standartlara uyğunlaşdırılması məqsədilə edilib. BAKU.WS
Oxşar xəbərlər
İTV-nin baş direktoru seçildi
Bu gün Milli Televiziya və Radio Şurasında (MTRŞ) İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) Yayım Şurasının iclası keçirilib.APA-nın xəbərinə görə, ic...