SİZİN REKLAM BURADA!
055 213 76 73


Avstraliyanın Sidney şəhərindən Talıb Talenin yanına gələn müğənni xanım dələduzun tələsinə düşüb.

BAKU.WS xəbər verir ki, ATV-nin "Bizimləsən" proqramına gələn Elin xanım Kamran Zahidli adlı musiqiçi tərəfindən aldadıldığını bildirib:

"Mən Talıb Tale ilə duet oxumaq məqsədilə Bakıya gəldim. Səsyazma studiyasında görüşdük. Qısa söhbətdən sonra Talıbın işi çıxdı, mənim yanımdan ayrıldı. Bu Kamran Zahidli mənə yaxınlaşıb dilə tutdu. Dedi ki, Talıb məşhur adamdır, səninlə məşğul ola bilməyəcək. Sənə mən kömək edərəm". 

Əslən İrandan olan xanım adıçəkilən şəxsə 1 il ərzində 90 min dollar pul verib. Əvəzində ona vəd edilən işlər görülməyib.  

Qeyd edək ki, Kamran Zahidli müğənni kimi fəaliyyətə başlasa da, klarnet ifaçısıdır. Şəxsiyyət vəsiqəsindəki adı və soyadı Xəqani Zahidovdur. Yerli mətbuatda özünü Damlanın sevgilisi kimi tanıdıb, onunla duet oxuyub. 

Aysel
BAKU.WS
VİDEO