Ögey ananın işgəncə verdiyi Qulu: "Bıçağı Hüseynin boğazına dirəyib deyirdi ki..." - VİDEO

"Bizi ördəyin yerinə basırdı. Bıçağı Hüseynin boğazına dirəyib deyirdi ki, ananızı incitsəniz boğazınızdan kəsib kanala tullayacam. Yemək istəyəndə ağzımıza acı istiot basırdı. Deyirdi ki, yemək istəməyin. Şişi qızdırıb Hüseynin ayağına basırdı".
BAKU.WS xəbər verir ki, bu sözlər ögey ana və atanın işgəncə verdiyi azyaşlı qardaşlardan birinə məxsusdur.
Qulu və Hüseyn atanın və ögey ananın yanına qayıtmaq istəmədiklərini, anaları bildiyi Tərgül xala ilə qalmaq istədiklərini bildirib. Tərgül xanım bacısının sağlığında da bu uşaqlara analıq edib. Bacı qaraciyər serrozundan əziyyət çəkirdi.

Qulu və Hüseynin xalası Tərgül xanım
Adıçəkilən ögey ana və doğma ata dünən "Səni axtarıram" proqramına gələrək onlara qarşı olan bütün ittihamları rədd edib. Ata Xəqani Kazımov və həyat yoldaşı Nuranə, yəni ögey ana uşaqlara qarşı şiddət göstərmədiklərini bildirib. Hər ikisi qarşı tərəfi - baba ilə xalanı böhtan atmaqda günahlandırıb. Əksinə, uşaqların onların döydüyünü deyiblər.

Bakıda yaşayan Qulu və Hüseyn adlı qardaşların anası onlar körpə ikən vəfat edib. Himayəsində qaldığı ataları, Ağcabədi rayon sakini Xəqani Kazımov isə Bərdə rayonunun Böyükgöyüşlü kəndindən olan Nuranə Fazil qızı ilə evlənib.
Xəqani Nüranənin beşinci həyat yoldaşıdır. Qadın bundan əvvəl 4 dəfə ailəli olub və bu evliliklərdə uşağı olmayıb. Maraqlıdır ki, Xəqani dünən "Səni axtarıram" proqramında Nüranənin 4 aylıq hamilə olduğunu söylədi.
Nüranə isə Xəqaninin üçüncü həyat yoldaşıdır. İlk evliliyindən bir oğlu var, hazırda əskərlikdədir. İşgəncələrə məruz qalmış Qulu və Hüseyn ikinci evliliyindəndir.

Qeyd edək ki, Azərbaycanda anaları vəfat etmiş iki azyaşlı qardaşın ögey ana və atası tərəfindən işgəncələrə məruz qalması ictimaiyyətin qəzəbinə səbəb olub. Hər iki uşağın bədənində müxtəlif dərəcəli xəsarətləri əks etdirən görüntülər mövcuddur. Uşaqlar hazırda ana babanın yanındadır. Onların atasının himayəsindən alınıb babaya verilməsi üçün Sabunçu rayon məhkəməsinə müraciət edilib.

Oxşar xəbərlər
"Nuranə deyirdi ki, namaz qılıram, sakit durun, yoxsa sizi dağlayacam" - VİDEO
Bir neçə gündür ögey ananın iki azyaşlıya işgəncə verməsi ictimaiyyətin qəzəbinə səbəb olub. BAKU.WS APA-ya istinadən xəbər verir ki, anaları körpəykən vəfat e...
