8 Martda kitab, yoxsa ətir?
Sosial şəbəkələrdə son günlər diqqəti çəkən paylaşımlardan biri də xanımların "mənə kosmetika deyil, kitab hədiyyə et” idi.
Dünyada orta hesabla bir xanım həyatı boyunca kosmetika üçün 15 min dollar xərcləyir. Nə qədər qəribə olsa da Səduiyyə Ərəbistanında yaşayan qadın orta hesabla kosmetikaya ildə 3200 dollar xərcləyir. Bu bir səduiyyəli xanım üçün ömürü boyunca 130 min dollardan artıq xərc deməkdir və dünya üzrə orta göstəricidən 9 dəfə çoxdur. Başqa bir qəribəlik Böyük Britaniya ilə bağlıdır. İngilis xanımlar kosmetika üçün 203 min dollar ayırmaqla ən xərcli qadınlar siyahısındadır. İl ərzində kosmetikaya 280 milyon dollar xərcləyən Azərbaycan xanımları da bəzənməyə çox pul sərf edənlərdəndir.
Yalnız Amerika Birləşmiş Ştatlarında kosmetika sənayesinin illik gəliri 62.5 milyard dollardır. Bu dünya kosmetika sənayesinin 33.8 faizi deməkdir. Dünya kitab sənayesinin illik gəliri isə cəmi 7 milyard dollardır. Yəni, kitab sənayesinin gəlirləri kosmetika sektorunun qazancından 27 dəfə azdır. Əminəm ki, məhz Azərbaycan xanımı kosmetikaya deyil, o kitablara üstünlük verəcək. Razılaşaq ki, bizim xanımların gözəl görsənməsi üçün kosmetikaya ehtiyacı yoxdur.
İnanıram ki, xanımlara cəmiyyətdə bərabər hüququ onların biliyi və dünyagörüşü, yəni, kosmetika deyil, məhz kitab verəcək. Savadlı xanım daha çox hüquqlu xanımdır. Hər zaman gender bərabərliyə və qadın hüquqlarına önəm verərək bütün xanımlarımızı təbrik edirəm. Xoşbəxtlik, sağlam həyat və öz əmək fəaliyyətlərinizdə yeni-yeni uğurlar arzulayıram. Hər zaman xoşbəxt və gözəl qalın.
Vüqar Bayramov
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda benzin niyə ucuzlaşmalıdır?
"Yanacağın qiymətinin aşağı salınmasının Ümumi Tarazlıq Modelinə əsasən xərcləri azaltmaqla iqtisadiyyatın müxtəlif sektorlarına müsbət təsir edəcəyi ilə bağlı...