Azərbaycanın da qatıldığı tədbirdə qaçqınlara 10 milyard dollar yardım edildi (SİYAHI)
İngiltərənin paytaxtı Londonda təşkil edilən "Suriyaya və regiona dəstək” konfransında 10 milyard dollardan çox pul toplanıb.
BAKU.WS-in məlumatına görə, bu yardım həcminə görə bəşəriyyət böhranına görə indiyə qədər toplanmış ən böyük hədiyyə olub. Toplanan yardımın 6 milyard dolları bu il ərzində, geri qalan 5 milyard dollar isə növbəti 5 il ərzində paylanacaq. Bu yardımlardan Suriyada, həmçinin, İordaniya, Livan və Türkiyədə məskunlaşan qaçqınların təhsil və işlə təmin edilməsində faydalanacaq.
Konfransın bağlanışında təşkil edilən mətbuat konfransında danışan Böyük Britaniya baş naziri Devid Kameron bu yardımla milyonlarla insanın tibbi yardım, qida və sığınma ehtiyacının ödəniləcəyini söyləyib: ''70 ölkənin qatıldığı konfrans Suriyadakı insanlara bu açıq mesajı göndərdi: Sizin yanınızdayıq və Suriyaya sülh gələnə, bölgədə sabitlik bərpa olana və suriyalı qaçqınların evlərinə geri dönənə dək, öz həyatlarını yenidən qurana qədər dəstəyimizi verəcəyik".
Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan Gi-Mun isə konfransın böyük bir müvəffəqiyyətlə tamamlandığını dilə gətirib. Suriya qaçqınlarına yardım edən ölkələrin adlarını təqdim edirik:
Estoniya: 2016-17 illər arasında 1.3 milyon avro
Səudiyyə Ərəbistanı: 100 milyon dollar
Çin: 10 min ton qida yardımı
Avstraliya: 25 milyon dollar
Fransa: 2016-18 illəri arasında 1 milyard avro
Avstriya: 60 milyon Avro əlavə kömək
Avropa İttifaqı 3,3 milyard dollar yardım edəcəyini açıqlayıb. İngiltərə isə 1,7 milyard dollar yardım edəcəyi sözünü verib. ABŞ isə suriyalı qaçqınlar üçün 925 milyon dollar yardım edəcəyini bildirib.
Eyni zamanda, Avstraliya, Belçika, İtaliya Polşa, Yaponiya, Birləşmiş Ərəb Əmirlikləri, Avstriya, İsveçrə, Estoniya, Danimarka və Finlandiya da qaçqınlara maddi yardım edəcək. Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk da Aİ-nin bu il ərzində 3 milyard avro yardım edəcəyini söyləyib.
Şahin Həbibov
BAKU.WS
Oxşar xəbərlər
İlham Əliyev: "O zaman ölkəmiz çox gənc və kasıb idi"
"Biz Suriya qaçqınlarının halına çox acıyırıq. Müstəqillik illərində - 1990-cı illərin əvvəlində qonşu Ermənistan Azərbaycana qarşı təcavüz edəndə Azərbaycan öz...