SİZİN REKLAM BURADA!
055 213 76 73


Əməkdar artist Vasif Məhərrəmli “Şou ATV” proqramında müzakirələrə səbəb olacaq addım atıb.

BAKU.WS “Qafqazinfo”ya istinadən xəbər verir ki, həmkarı Xatirə İslamla qonaq olan ifaçı qeyri-etik ifadə səsləndirib.

Belə ki, Vasif sosial şəbəkədə Xatirə ilə sevgili olması barədə rəylər yazıldığını qeyd edib. Müzakirə zamanı X. İslam heç vaxt belə bir şeyin olmadığını bildirib və Vasifin yanından bir az uzaqlaşıb.

Bu zaman Əməkdar artist sənətçinin sözügedən addımına qeyri-etik ifadə ilə cavab verib.

Məsələ ilə bağlı "Qafqazinfo" Milli Televiziya və Radio Şurasının (MTRŞ) Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşovla əlaqə saxlayıb. O, kadrlarla tanış olduqdan sonra açıqlama yayacağını qeyd edib: “İndi texniki uzlaşdırma aparırıq, görək efirə gedib, ya yox. Yoxlayırıq”.

BAKU.WS
VİDEO