Efirində söyüş söyülən “Lider”in aparıcısından açıqlama (VIDEO)

Efirində söyüş söyülən “Lider”in aparıcısından açıqlama (VIDEO)
Şou-biznes 3320

 

Efirində söyüş söyülən "Lider”in aparıcısından açıqlamaLider TV-nin efirində baş verən söyüşlü mübahisə müzakirələrə səbəb olub.

BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, "Çıxış yolu” verilişində gəlin və qayınana arasında yaşanan anlaşılmazlıq söyüşlü mübahisə ilə nəticələnib. 

Bir neçə ildir ki, nəvəsini görməyən nənə efir vasitəsiylə gəlinini və onun ailəsini ittiham edib. Qarşı tərəf isə canlı efirə bağlanaraq ittihamlara cavab verib.

Hər iki şəxslər arasında müzakirə böyük davaya çevirilib, efirdən qeyri-etik ifadələr işlədilib. Canlı yayımda baş verən qalmaqal sosial şəbəkələrdə səs-küylə nəticələnib, veriliş tənqidlərə məruz qalıb.

"Qafqazinfo” məsələ ilə bağlı "Çıxış yolu” verilişinin aparıcısı Nuranə Gülər ilə əlaqə saxlayıb.

Teleaparıcı bildirib ki, həmin şəxslər efirin sonunda verilişdən uzaqlaşdırılıb:

"Söz-söhbətdən sonra hamı şahid oldu ki, qadın və oğlunu efirdən uzaqlaşdırdıq. Mehriban Xanlarovanı təhqir etdilər, hadisələr reklam arası olub. Yayılan materiallarda siz qalmaqalı görürsüz, ancaq efirdə təhqirlər yayımlanmayıb. Xanım və oğlu ekspertin fikrinə kəskin rəy bildirdi.

Biz isə mühafizəçiləri köməyi ilə onları efirdən uzaqlaşdırdıq. Düzdü, şikayətçidir və bizə müraciət edib. Hər bir şikayətçinin müraciətinə baxırıq, vətəndaşdır. İnsan həddini aşır, bilir ki, ona bir balaca yer verilir. Bundan istifadə edir. Reklam arası görüntülərin sosial şəbəkədə yayan şəxsin kimliyi barədə maraqlanacam”.

Milli Televiziya və Radio Şurasının (MTRŞ) şöbə müdiri Təvəkkül Dadaşov "Qafqazinfo”ya açıqlamasında isə verilişi təhlil etdiklərini söyləyib:

"Biz hazırda verilişi təhlil edirik. Əlbəttə ki, xoşagəlməz mənzərədi. Efirdə qeyri-etik ifadələr işlənib, efir mədəniyyətinə, milli dəyərlərə zidd hallar yaşanıb”.

BAKU.WS

Son xəbərlər