Şuşada Meksikanın Müstəqillik Günü münasibətilə qəbul təşkil edilib

Şuşada Meksikanın Müstəqillik Günü münasibətilə qəbul təşkil edilib
Foto
Siyasət 6

Meksikanın Azərbaycandakı Səfirliyi Şuşada bu ölkənin Müstəqillik Günü münasibətilə qəbul təşkil edib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, tədbirdə Şuşada səfərdə olan diplomatik korpus nümayəndələri iştirak ediblər.

Tədbir zamanı Azərbaycan və Meksika nümayəndələri çıxış ediblər.

Bildirilib ki, Şuşada müxtəlif ölkələrin milli günlərinə və mühüm tarixlərinə həsr olunmuş tədbirlərin keçirilməsi, şəhərin Azərbaycanın diplomatik mərkəzlərindən birinə çevrildiyindən xəbər verir.

Qeyd edək ki, bu gün diplomatik korpus nümayəndələrinin Qarabağa və Şərqi Zəngəzura növbəti ikigünlük səfəri başlayıb.

Diplomatları Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.

Nümayəndə heyətinin tərkibinə 58 ölkənin və 9 beynəlxalq təşkilatın 150 nümayəndəsi daxil olub.

Son xəbərlər