“Anar Nağılbazı sosial şəbəkələr öldürdü” – Vasif Məhərrəmli – VİDEO

ARB TV-nin “Show News” verilişinin növbəti müsahibi əməkdar artist Vasif Məhərrəmli olub.
Sənətçi sosial şəbəklərin təhlükəli olduğundan gileylənib:
“Anar Nağılbazın dünyasını dəyişməyində sosial şəbəkələrdəki rəylərin rolu böyük oldu. Anar dünyasını dəyişəndə həmin pis rəy yazan insanlar az da olsa vicdan əzabı çəkdilərmi? Həmin an yanlarında olub, sifətlərini görmək istərdim. Burada güclü olmaq lazımdır. Güclü olmayan insan qəbrə qədər gedə bilər”.
Əməkdar artist həmçinin onu xəsis adlandıranlara da cavab verib:
“Simic deyiləm. Kifayət qədər ağıllı adaman. Belə bir deyim var, pulu qazanmaq asandır, xərcləmək ondan çətindir. İndiki zamanda isə həm qazanmaq, həm xərcləmək çətindir. Pulu ağılla xərcləmək lazımdır”.
Oxşar xəbərlər
Cavanşir Məmmədov: "Mujik" olmaq çətindir - VİDEO
ARB TV-nin “Ona qalsa” verilişinin növbəti qonağı əməkdar artist Cavanşir Məmmədov olub. Əməkdar artist qadın və kişi arasındakı fərqdən söhbət açıb: “Qadın olm...
