AZPROMO: Azərbaycan sahibkarları Çində xidmət ixracı imkanları ilə bağlı müzakirələr aparırlar
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan sahibkarları Çinin Pekin şəhərində Çin Beynəlxalq Xidmətlər Ticarəti Sərgisi ("CIFTIS 2026") çərçivəsində xidmət ixracı imkanları barədə müzakirələr aparır və potensial tərəfdaşlarla işgüzar əlaqələrin qurulması istiqamətində görüşlər keçirirlər.
Bu barədə BAKU.WS İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə (AZPROMO) istinadən xəbər verir.
İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanın Çindəki ticarət nümayəndəsinin aparatı və AZPROMO-nun təşkilatçılığı ilə Azərbaycanın informasiya və kommunikasiya texnologiyaları, rəqəmsal xidmətlər, logistika, nəqliyyat, tədbirlərin təşkili və idarə olunması, mühəndislik və tikinti, biznesin inkişafı və konsaltinq sahələrində fəaliyyət göstərən 10 şirkəti xidmətlərini vahid ölkə stendində təqdim edir.
Stenddə həmçinin Azərbaycanda sahibkarlara göstərilən dəstək mexanizmləri, ölkənin əlverişli biznes və investisiya mühiti, eləcə də iştirakçı şirkətlər barədə təqdimat materialları nümayiş olunur.
Qeyd edək ki, sentyabrın 13-dək davam edəcək sərgidə Azərbaycan yeddinci dəfə iştirak edir.
Oxşar xəbərlər
İrəvan TRIPP üzrə sazişi təsdiqlədi: Marşrut işə düşsə, keçid necə tənzimlənəcək?
Məlum olduğu kimi, Ermənistan ABŞ ilə TRIPP üzrə çərçivə sazişini parlamentdə təsdiqləyib. Bəs sülh sazişi imzalanmadan marşrutun işə düşməsi mümkündürmü? Mövzu...