Sən o Kərimsən ki, toyda... - Əməkdar artistdən qalmaqallı AÇIQLAMA
01
iyn
2018
21:01
Əməkdar artist Elza Seyidcahan həmkarı Kərim Abasovun Tolikin verlişində ona qarşı fikirlər səsləndirilməsindən qəzəblənib.BAKU.WS axşam.az-a istinadən xəbər verir ki, əməkdar artist Kərimin onu müzakirə etmək haqqı olmadığını söyləyib:"Kərim efirdə məni müzakirə edir. Sən o Kərimsən ki, toyda aparıcı qadın onu gec təqdim etdiyi üçün, ayaqqabısı ilə qadın aparıcının başını yarıb. Sənin nəyin var ki, məni öyrədəsən? Səni polisə şikayət edib, cavabını veriblər. Konsertlərimə mən dəvət etməmiş gəlmisən. Gəlirdin ki, kameralara düşüm. İndi orda oturub, Tolik səni qızışdırır, bir veriliş söz verir deyə, danışırsan. Deyir ki, konservatoriya səviyyəsində cavab verərdi. Sən Kərim, get hazırlaş sənədlərini konservatoriyaya ver. Nə vaxt oranı bitirsən, mən də sənə konservatoriya səviyyəsində cavab verəcəm. Nə müzakirə edirsən? Vasif Məhərrəmliyə, Xatirə İslama təşəkkür edirəm. Hiss edirdim ki, onlar çıxılmaz vəziyyətə qalmışdılar.BAKU.WS
Oxşar xəbərlər
Elza-Damla davası böyüyür
Əməkdar artist Elza Seyidcahan ilə müğənni Damla arasında qalmaqal söz savaşından hüquq müstəvisinə keçib. BAKU.WS shownews.az-a istinadən xəbər verir ki, Seyid...