Azərbaycanda ilk dəfə, "Two Flames" prodüser mərkəzinin təşkilatçılığı ilə "8 Mart" Beynəlxalq qadınlar bayramı münasibətilə ilin ən böyük konserti keçiriləcək.

 

BAKU.WS məlumat verir ki, Elektro Event Hall-da baş tutacaq konsertdə Ukraynanın məşhur "Время и Стекло" qrupu, Dj Elis Sexton və Dj Çina çıxış edəcək. Konsert martın 6-sı baş tutacaq. Gecənin aparıcıları tanınmış teleaparıcılar Samir Bayramlı və Aysel Nazim olacaq.

 
Konsertin biletləri artıq satışdadır. Biletləri şəhərin kassalarından və ASAN xidmət mərkəzlərindən əldə edə bilərsiniz. 
 
Konsertin təşkilatçısı Pərviz Əzimzadə bildirib ki, bu konsert Azərbaycanda ilk dəfədir keçirilir: "İlin ilk və ən böyük konsertini keçirəcəyik. Belə bir konserti ilk dəfədir təşkil edirik. Davamı da gələcək. Bununla kifayətlənməyəcəyik".
 
Prodüsser Aqil Məmiyev gecədə məşhurların da iştirak edəcəyini deyib: "Məşhur simaların da iştirakı gözlənilir. Amma onlar qonaq qismində iştirak edəcəklər. Səhnəyə çıxmayacaqlar. Kimlikləri isə süpriz olsun".
 
Konsertin aparıcıları Aysel Nazim və Samir Bayramlı ilk dəfə Elektro Event Hall-da səhnəyə çıxacaqlarını deyib: "İlk dəfədir bir səhnəni bölüşəcəyik. Həmin məkanda da ilk çıxışımız olacaq. Maraqlı konsert proqramı olacağını düşünürük. Konsert qadınlar bayramına təsadüf edir. Bəylərimiz xanımları üçün belə maraqlı hədiyyə edərək onları sevindirə bilərlər". 
 
Məlumat üçün qeyd edək ki, biletin qiymətləri standar 23, VİP 55-75 AZN-dir. 
 
Ayşən Ayxan
BAKU.WS