“Hamilə olandan deyirdim ki, oğlumun 1 yaşını qeyd etməyəcəm. İstərdim ki, təntənə ilə kiçik toyunu keçirdim”.

BAKU.WS
axşam.az-a istinadən xəbər verir ki, rəqqasə və aktrisa Oksana Rəsulova oğlunun bir yaşını qeyd etməməsini belə əsaslandırıb:

“İlk gündən çalışdım ki, hər şeyi gizlədim. Fotolar da bölüşmürəm. Gözdən, nəfsdən qorxuram. Amma övladımı Allaha təvəkkül edirəm. Uşaq ağ vərəqdir. Onun üzərinə enerji tez hopur. Dünyada və ölkəmizdə bir çox məşhurlar övladlarını 3-5 yaşlarında göstərib. Zaur Baxşəliyev qızının üzünü 5 yaşında göstərdi, Hüsniyə Məhərrəmovanın övladlarını heç kim görməyib. Ümumiyyətlə, onun evli olmağını belə yeni öyrənmişəm. Onlar ağıllı insanlardır, bəzi şeylər var ki, onu yalnız valideynlər hiss edir”.

Oksana “Təklif gəlsə, övladınızın fotosunu pul qarşılığında mediaya təqdim edərsiniz” sualını da cavablandırıb:

“Belə bir təklif gəlməyib. Tanınmışların uşaqlarını hamı görmək istəyir. Niyə də bundan faydalanmasınlar? Bu təklifi övladımın üç yaşından sonra qəbul edərdim”.

O.Rəsulova həyat yoldaşını qısqanmadığını söyləyib:

“Həyat yoldaşımla aramızda qısqanclıq yoxdur, çünki onunla çox yaxşı dostuq. “Hara getdin”, “haradan gəldin”, “Bu, niyə belə oldu” və sair kimi şeyləri bir-birimizdən dava ilə yox, söhbətləşərək soruşuruq. Çalışırıq ki, çərçivədən çıxmayaq”.
BAKU.WS