Oksana övladını qeyri-rəsmi nikahdan dünyaya gətirib - VİDEO

Oksana övladını qeyri-rəsmi nikahdan dünyaya gətirib - VİDEO
Video
Şou-biznes 3469
Rəqqasə Oksana Rəsulova "ATV maqazin onlarla" verilişinin "Onlarla 3 dəqiqə" rubrikasının qonağı olub. BAKU.WS-in məlumatına görə, Oksana 3 dəqiqə ərzində aparıcı Ruslanın 33 sualını cavablandırmağa çalışıb. Rəqqasə bir neçə cavabı ilə diqqət çəkib. O. Rəsulova "Nəyin izi silinmir?" sualına belə cavab verib:"Xəyanətin izi heç vaxt silinmir. Bir də ki, sevginin izi silinmir. Hətta keçmiş sevgi olsa da onun izi silinmir. Onu dəqiq deyə bilərəm". Rəqqasə proqramda eks-həyat yoldaşları barədə maraqlı fikirlər səsləndirib:“Keçmiş ərlərimdən şiddət görmüşəm”. Bundan əlavə, O. Rəsulova hazırda rəsmi nikahının olmadığını vurğulayıb:“Hazırda rəsmi yox, dini nikahdayam. Oğlum isə atasının soyadını daşıyır. Məndən olsa, 10 uşağımın olmağını istəyərəm. Oğlumun dodaqları mənə, amma ümumi görünüşü atasına bənzəyir”. BAKU.WS
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər