Oksana hamilə xəbərini bu FOTO ilə təsdiqlədi
28
iyn
2018
15:14
Rəqqasə-aktrisa Oksana Rəsulova nəhayət ana olacağı xəbərlərini təsdiqləyəcək paylaşım edib. BAKU.WS xəbər verir ki, hamiləliyin 7-ci ayında olan rəqqasə İnstagram səhifəsində mama-ginekoloqla birgə şəklini paylaşaraq bu şərhi verib: “Mənim gözəl ürəkli, gözəl qəlbli, ən əsası hər bir xəstəsinə sevgisini paylaşa biləcək həkimim, öz işinin peşəkarı. 5 ildir sizi tanıyıram və yanılmamışam”Oksana Rəsulova hamiləlik xəbərləri yayılandan bəri efirə çıxmır və ictimai yerlərdə görünmür. Bu barədə mediaya açıqlama verməyən rəqqasə susqunluğunu yalnız bu foto ilə pozub.Qeyd edək ki, BAKU.WS-in bir müddət əvvəl əldə etdiyi məlumata görə, Rəsulova yayılan xəbərlərdə deyildiyi kimi süni mayalanma yolu ilə deyil, təbii yolla hamiləqalıb. O, sadəcə əsaslı və ciddi səbəblər üzündən körpəsinin atasının kimliyini gizli saxlayır. Hətta süni mayalanma yolu ilə ana olacağı xəbərlərinin rəqqasənin özü tərəfindən yayıldığını söyləyənlər də var. Deyilənə görə, o, şəxsi həyatında yaranacaq problemlərin qarşısını almaq məqsədilə bu addımı atıb.Zülfiyyə QurbanovaBAKU.WS
Oxşar xəbərlər
Oksana uşağının atası ilə - FOTO
Süni mayalanma yolu ilə ana olacağı xəbərlərilə gündəmi zəbt edən rəqqasə-aktrisa Oksana Rəsulova yenidən qalmaqal yaradacaq paylaşım edib.BAKU.WS xəbər verir k...