Oksana sükutu pozdu: Əllərimi açıb Allaha yalvaracam...
17
may
2018
11:45
Rəqqasə Oksana Rəsulova süni mayalanma yolu ilə hamilə qalması xəbərlərindən sonra ilk dəfə sükutu pozub. BAKU.WS-in məlumatına görə, məsələ ilə bağlı heç bir açıqlama vermək istəməyən Oksana danışılanlara "İnstagram" səhifəsində reaksiya verib. Rəqqasənin atasız uşaq dünyaya gətirməklə ana olmağa qərar verməsini cəmiyyət loyal qarşılamadı. Onu anlayışla qarşılayanlarla yanaşı, qınayanlar da az olmadı. Oksana Ramazan ayının girməsilə bağlı etdiyi paylaşımda hər kəsi Allaha tapşırıb:"Aylar şahı Ramazan xoş gəlir. Bütün oruc tutub, dua edən insanları təbrik edirəm. Bu ayda əllərimi açıb Allaha yalvaracam; ya Rəbbim, imansız, dinsiz insanlara, ürəyi daş olub, gözü kor olanlara, böhtan atıb, nəticəsini anlamayanlara, Allahı tanıyıb ona ibadət etməyənlərə, Quranı dərk etməyənlərə, dinimizi qəbul etməyənlərə, qeybət edib öz nəslini, ailəsini, övladlarını fikirləşməyənlərə, kiminsə haqqına girib, haqq yeyənlərə, cadu edib günah qazananlara ibadət ver, düzgün yola çək, ürəklərinə və dillərinə mərhəmət, ağıl, hidayət ver. Heç olmasa bu ay ərzində, əməllərimizi düzəldib, çalışaq günahlarımızı azaldaq".Zülfiyyə QurbanovaBAKU.WS
Oxşar xəbərlər
Hamilə olduğu deyilən Oksananın yeni FOTOları
Hamiləlik xəbərləri yayılan tanınmış rəqqasə Oksana Rəsulovanın yeni kinoya çəkilir.BAKU.WS-in məlumatına görə, rəqqasə-aktrisa "Qış nağılı" kinokomediyasında r...