66 yaşlı aparıcı xərçəngə tutuldu
Böyük Britaniyanın sevilən ekran simalarından olan 66 yaşlı Ceremi Klarkson sarsıdıcı xəbərlə gündəmə gəlib.
BAKU.WS "Foxnews"a istinadən xəbər verir ki, o prostat xərçənginə tutulduğunu açıqlayıb.
"Mən xərçəngə yoluxmuşam. Keçən ilin may ayında müayinədən keçdiyimi yəqin ki, xatırlayırsınız. Yoxa çıxmağımın səbəbi isə biyopsiya analizləri verməyə getməyim idi. Nəticə xərçəngdir və təəssüf ki, onun aqressiv bir növüdür".
Xəstəliyin çox erkən mərhələdə aşkarlandığını bildirən aparıcı, diaqnoz qoyulduqdan dərhal sonra əməliyyat olunduğunu və prostat vəzinin 10%-nin kəsilib götürüldüyünü qeyd edib.
Erkən diaqnozun həyat qurtardığını vurğulayan Klarkson, "Məhz vaxtında aşkarlanması sayəsində hələ də yaşamağa böyük ümidim var" deyib.
Oxşar xəbərlər
2 mindən çox insan toya gəldi - Bəylə gəlin başqası oldu
Futbol ulduzu Kriştiano Ronaldo ilə bağlı yayılan toy xəbəri Madeyrada maraqlı anlaşılmazlığa səbəb olub. BAKU.WS "axşam.az"a istinadən xəbər verir ki, Ronaldon...