47 yaşlı aktyor onkoloji xəstəlikdən vəfat edib - AÇIQLAMA
Əməkdar artist Rəşad Bəxtiyarov 47 yaşında vəfat edib.
BAKU.WS xəbər verir ki, onun onkoloji xəstəlikdən dünyasını dəyişdiyi məlum olub.
Bu barədə BAKU.WS-ə açıqlamasında aktyorun dostu Cümşüd Zeynalov bildirib. O Rəşadın 6-7 aydır müalicə olunduğunu və kimyaterapiya görüdüyünü bildirib.
Qeyd edək ki, Rəşad Bəxtiyarov Akademik Milli Dram Teatrının aktyoru və Prezident mükafatçısıdır.
Xatırladaq ki, R.Bəxtiyarov Akademik Milli Dram Teatrının səhnəsində bir çox rolları oynayıb. O həmçinin "Həqiqət işığında" və "Bəyaz həyat" telefilmlərinə də çəkilib.
Rəşad Bəxtiyarov istedadlı və sənətinə bağlı bir aktyor olub.
Onun səhnədə yaratdığı obrazlar həmişə tamaşaçıların yaddaşında qalacaq.
Zöhrə Pənah
Oxşar xəbərlər
Toy büdcəsini zəlzələ qurbanı olan ailəyə xərclədi
Məşhur müğənni Gökhan Özen nümunəvi addımı ilə diqqət çəkib. BAKU.WS xəbər verir ki, bir neçə gün əvvəl ailə quran sənətçi bunu sadə məclislə həyata keçirib. ...