40 yaşında parkda donaraq ölən "Yeşilçam" aktyorunun təsirli HƏYAT HEKAYƏSİ
"Paltarım çirkli olduğu üçün Kemal Sunal məni maşınına mindirmədi. Qışda çəkiliş olanda bütün heyət odunları mənə doğratdırırdı".
![]()
BAKU.WS xəbər verir ki, əsl adı Adnan Ayberk olan aktyor Yadigar Ejder bunu həmkarlarından danışarkən verdiyi müsahibələrindən birində deyib.
"Yeşilçam"ın "Mazlum", "Kahveci Hamza", "Qaffur" kimi obrazları ilə məşhurlaşan aktyoru səfalət içində yaşayıb və 40 yaşında dünyasını dəyişib.
Yadigar Ejder 1951-ci ildə Sivasda doğulub. O 6 uşaqlı ailənin ən böyük övladı olub. Məktəbi cəmi üç sinif oxuyub. Daha sonra 1967-ci ildə İstanbula gəlib. Burada bəzi "Yeşilçam" filmlərində ikinci dərəcələri rollarda çəkilib.
Rejissor Memduh Ün onunla ilk tanışlığını belə xatırlayır:
"Yadigar odun kəsmək üçün Leventdəki evimizə gəlmişdi. Əyni çox nazik idi. Üşüməsin deyə palto vermişdim. Mənə qan davasına görə həbsdə yatdığını və işsiz, evsiz olduğunu demişdi. Biz ona rollar üçün paltar tikdirməkdə çətinlik çəkirdik. Normal insanlar üçün 2,5 metrlik parçadan şalvar tikdirirdik, ona şalvar tikmək üçün isə 3,5 metrlik parçadan istifadə edilirdi".
Yadigar Ejder çox kasıb həyatı yaşayıb. 3-5 lirə pul qazana bilsin deyə səhərdən axşama qədər çəkiliş meydanında işləyib.
Onun yaşamağa evi də olmayıb. Bunu Cüneyt Arkın, Kemal Sunal və başqa məşhur aktyorlar da bilirdi.
Ejder "Yeşilçam"ın mənfi obrazı olaraq yadda qaldı, lakin qəlbi isə mərhəmət və yaxşılıqla dolu idi.
Ejder 1991-ci ildən İstanbulun Beyoğlu səmitindəki oturacaqda donaraq ölüb. O ömrünü son illərində işsiz qalıb və yanında heç kim olmayıb. Aktyorun dəfnini dövlət həyata keçirib. Onun yasına heç bir həmkarı qatılmayıb.
Aktyor evsiz, kimsəsiz və ac halda bu dünyadan köçüb.
Qalereya
Oxşar xəbərlər
Tarantino XXI əsrin 20 ən yaxşı filmini açıqladı - SİYAHI
Amerikalı rejissor Kventin Tarantino XXI əsrin ən yaxşı 20 filmini açıqlayıb. BAKU.WS xəbər verir ki, o, siyahıya yalnız beynində dərin iz buraxan filmləri dax...