13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

 
Tanınmış müğənni, xalq artisti Nazpəri Dostəliyeva efirlərə buraxılmamasına etirazını bildirib. 

BAKU.WS məlumat verir ki, müğənni şəxsi İnstaqram hesabında insanlara çağırış edib: 

"Məni sevən, sənətimə, mədəniyyətimə dəyər verən hər kəsə səslənirəm! Dahi lider Heydər Əlirza oğlu Əliyevin imzaladığı Əməkdar artist, cənab prezidentimiz İlham Əliyevin imzaladığı Xalq artisti şərəfinə layiq olan bir sənətkarın efirlərə buraxılmaması nə dərəcədə düzgündür? Mən sənətə gəldiyim gündən Azərbaycanın adını başqa dövlətlərdə yüksəklərə qaldıran bir xanım olmuşam! Heç vaxt adıma, sənətimə, vətənimə, Prezidentimə xələl gətirməmişəm. Bununla qürur duyuram. Televiziya rəhbərləri, bunu diqqətlə oxuyun! Belə olmayacaq!”.

Xatırladaq ki, xalq artisti bu yaxınlarda açıqlamasında ANS kanalından başqa, bütün televiziyaların ona qadağa qoyduğunu demişdi.
 
BAKU.WS