SEPAH ABŞ-nin iki esminesi və 8 neft tankerinə zərbə endirib
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ ilə qarşıdurmanın fonunda yeni zərbələr endirdiyini açıqlayıb.
BAKU.WS xəbər verir ki, SEPAH-ın yaydığı bəyanata görə, Hörmüz boğazında ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus iki döyüş esminesi və 8 neft tankeri hədəfə alınıb.
Bəyanatda bildirilir ki, SEPAH-ın Hərbi Dəniz Qüvvələri ABŞ ordusunun Fars körfəzində İranın beş neft tankerinə qarşı həyata keçirdiyi hücuma cavab olaraq əməliyyat keçirib. İran tərəfi zərbələr nəticəsində hədəflərə ciddi ziyan dəydiyini iddia edir.
SEPAH həmçinin ABŞ-nin dəstəyi ilə Hörmüz boğazının İran tərəfindən "qadağan olunmuş və təhlükəli zona" elan edilən hissəsindən keçməyə çalışan, müxtəlif bayraqlar altında üzən daha 10 gəminin də atəşə tutulduğunu açıqlayıb.
Qeyd edək ki, SEPAH ABŞ Hərbi Dəniz Qüvvələrinin DDG-119 və DDG-53 bort nömrəli iki esminesinə ballistik raketlərlə zərbə endirib. İran tərəfinin iddiasına əsasən, həmin gəmilər qanadlı raketlər və "Aegis" döyüş sistemi ilə təchiz olunub və hücum nəticəsində ciddi zərər görüb.
SEPAH bəyan edib ki, Hörmüz boğazının təhlükəsizliyi və hərəkət rejiminə nəzarət İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin nəzarətindədir.
Oxşar xəbərlər
"Xatəm əl-Ənbiya": İran ordusu Amerikanın bölgədəki bazalarını hədəf alacaq
İran ordusu Amerikanın Yaxın Şərqdəki hərbi bazalarını hədəf ala bilər. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə İranın "Xatəm əl-Ənbiya" hərbi kom...