Xalq artisti Könül Xasıyeva uzun fasilədən sonra səhnəyə çıxıb.

BAKU.WS-in məlumatına görə, onurğa iflicindən əziyyət çəkən və hazırda xəstəxanada müalicə alan xalq artisti ötən gün baş tutan toy mərasimlərindən birinə qatılıb. 

Sənətçinin videosunu aparıcı Lətafət Ələkbərova sosial şəbəkədə paylaşıb:

"Allah sizə kömək olsun! Tez bir zamanda sağlığınıza qovuşmağınızı, bütün ürəyimlə arzu edirəm sizə".

Qeyd edək ki, K.Xasıyeva onurğa iflicindən əzyyət çəkir və hazırda xəstəxanada müalicə alır. Aparıcı hacı Nuran Hüseynovun "Həyat" xeyriyyə fondu muğam ifaçısının müalicəsinə dəstək olur.

İman
BAKU.WS