Ceyhun Bayramov: Ermənistanın konstitusiyasının dəyişdirilməsi mövzusunda mövqeyimiz dəyişməzdir
Azərbaycan Ermənistanla sülh prosesinin irəli aparılması üçün önəmli addımlar atıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin (CW4) yüksəksəviyyəli açılış mərasimi çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
"Vaşinqtonda imzalanan birgə bəyanatda da qeyd olunduğu kimi, sülh sazişinin paraflanmasından sonra prosesin başa çatması üçün ehtiyac olan addımlar atılmalıdır. Bunlardan biri də Ermənistanda referendumun keçirilməsi və konstitusiyaya dəyişikliklərdir. Biz bununla bağlı Ermənistandan müxtəlif mesajlar alırıq. Baş nazir Nikol Paşinyan planlar barədə də yeni mesajlar verir. Bizim bu mövzuda mövqeyimiz dəyişməzdir. Sülh sazişinin imzalanması üçün bu sadalananlar vacibdir", - nazir vurğulayıb.
Oxşar xəbərlər
TDT Baş katibi: "Türkdilli ölkələr "yaşıl layihə"ləri birgə maliyyələşdirməyi planlaşdırır"
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr "yaşıl iqtisadiyyat" və bərpa olunan enerji sahəsində birgə layihələrin həyata keçirilməsi imkanını nəzərdən keçir...