Zərdabda beş nəfərin öldüyü qəzada həlak olan sürücü müəllim imiş
Yeniliklərdən dərhal xəbərdar olun
Zərdabda beş nəfərin həyatını itirdiyi ağır yol-nəqliyyat hadisəsi zamanı həlak olan sürücünün müəllim işlədiyi üzə çıxıb.
BAKU.WS xəbər verir ki, bu barədə Oxu.Az məlumat əldə edib.
Məlumata görə, qəza zamanı KIA markalı minik avtomobilinin yanması nəticəsində həyatını itirən Elyar Qalib oğlu Məhəmmədov Zərdab rayonunun Məmmədqasımlı kənd N.Nərimanov adına tam orta məktəbdə riyaziyyat müəllimi işləyib.
Həlak olanlardan dörd nəfərin bir ailənin üzvü, bir nəfərin isə onların qonşusu olduğu bildirilib.
Qeyd edək ki, hazırda avtoqəzada həyatını itirən şəxslərin dəfn mərasimi keçirilir.
Qalereya
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...