SİZİN REKLAM BURADA!
055 213 76 73


2006-2009-cu illər arasında yayımlanan "Selena" serialı ilə bağlı yenilik baş verib.

BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, serialın musiqili film kimi çəkiləcəyi bildirilib.

Serialın musiqili filmə uyğunlaşdırılması üçün işlərə başlanıldığı və baş rol ifaçısı Sinem Kobala təklif göndərildiyi iddia edilib.

Kenan İmirzalıoğlu ilə evləndikdən sonra iki qız övladı dünyaya gətirən Sinemin təklifə nə cavab verəcəyi gündəmə gəlib.

Xatırladaq ki, televiziya tarixində iz qoyan və 104 seriya davam edən "Selena" serialının heyətində Gökhan Keser, Cansu Demirci, Gizem Güven, Dilara Kurtulmuş, Sinan Çalışkanoğlu və Zuhal Topal yer alıb.

BAKU.WS
QALEREYA