SİZİN REKLAM BURADA!
055 213 76 73


Müğənni Andrey Qubin 2024-cü ildə karyerasını bərpa etməyi və qastrol səfərinə çıxmağı planlaşdırır.

Məlumata görə, sənətçi xalq qarşısında çıxış edə bilmək üçün diksiya və mimika ilə bağlı problemləri aradan qaldırmalı olacaq.

Təşkilatçılar proqram hazırlayır və ümid edirlər ki, turun başlanğıcına qədər Qubinin səhhəti yaxşılaşacaq.

Qeyd edək ki, həkimlər Andrey Qubinə sol tərəfli prozopalgiya (spazmlarla müşayiət olunan ağrı və ya üz nahiyəsinin həssaslığının pozulması) diaqnozu qoyublar. Bundan əlavə, Qubin ürək problemlərindən də şikayətlənib.//Oxu.az

BAKU.WS