Andrey Qubin karyerasını bərpa edir
18
fev
2024
23:39
Müğənni Andrey Qubin 2024-cü ildə karyerasını bərpa etməyi və qastrol səfərinə çıxmağı planlaşdırır.
Məlumata görə, sənətçi xalq qarşısında çıxış edə bilmək üçün diksiya və mimika ilə bağlı problemləri aradan qaldırmalı olacaq.
Təşkilatçılar proqram hazırlayır və ümid edirlər ki, turun başlanğıcına qədər Qubinin səhhəti yaxşılaşacaq.
Qeyd edək ki, həkimlər Andrey Qubinə sol tərəfli prozopalgiya (spazmlarla müşayiət olunan ağrı və ya üz nahiyəsinin həssaslığının pozulması) diaqnozu qoyublar. Bundan əlavə, Qubin ürək problemlərindən də şikayətlənib.//Oxu.az
Oxşar xəbərlər
“Porsche” ilə qəza törədən, sevgilisi tərəfindən 13-cü mərtəbədən atılan, yutubda baxışı 1 milyardı ötən MƏŞHURLAR - FOTO
2023-cü il şou-biznes əhlinin yaşadığı bir sıra qalmaqallar və başlarına gələn bədbxət hadisələrlə yadda qaldı. Kimisi yeni mahnılar yazdırıb yeni kliplər çəkdi...