SİZİN REKLAM BURADA!
055 213 76 73


"İTV"də yayımlanan "Maska" şousu yekunlaşıb.

BAKU.WS xəbər verir ki, qısa müddətdə özünə xeyli tamaşaçı auditoriyası toplayan şouda sona qalan iştirakçıların və qalibinin kimliyi açıqlanıb. 

"Maska"nın qalibi "Canavar" olub. Bu maskanın altından müğənni Dilarə Kazımova çıxıb.

Auditoriya bu dəfə “Alov” obrazında olan iştirakçının maskasının açılmasını istəyib. “Alov” obrazını oynayan iştirakçının müğənni Nadir Rüstəmli olduğu ortaya çıxıb.

"Canavar" və "Cırtdan" super finala keçib.
Final axşamında auditoriya “Cırtdan” obrazında olan iştirakçının da maskasının açılmasını istəyib və nəticədə “Cırtdan” obrazını oynayanın müğənni Eldar Qasımov olduğu ortaya çıxıb.

"Alov"dan sonra auditoriya "Qorilla" obrazında olan iştirakçının maskasının açılmasını istəyib. Sonda "Qorilla" obrazını oynayanın Xalq artisti Miri Yusif olduğu ortaya çıxıb.

Məlumat üçün bildirək ki, şouda dedektivlər kürsüsündə Xalq artisti Faiq Ağayev, Əməkdar artist Coşqun Rəhimov, müğənnilər Murad Arif və Nigar Camal, aparıcı Kamilə Babayeva oturub.
Əyləncəli-musiqi proqram olan “The Masked Singer” (Türkiyədə “Maske Kimsin Sen?”, Rusiyada isə ŞOU “MASKA”) beynəlxalq layihəsi ilk dəfə olaraq AzərbayƏyləncəli-musiqi proqram olan “The Masked Singer” (Türkiyədə “Maske Kimsin Sen?”, Rusiyada isə ŞOU “MASKA”) beynəlxalq layihəsi ilk dəfə olaraq Azərbaycan teleməkanında lisenziya əsasında İTV-də yayımlanıb.can teleməkanında lisenziya əsasında İTV-də yayımlanıb.

BAKU.WS
QALEREYA