Faiq Ağayev 47-yə çatdı - VİDEO

Faiq Ağayev 47-yə çatdı - VİDEO
Video
Şou-biznes 2355
Bu gün Xalq artisti Faiq Ağayevin ad günüdür. Sənətkarın 47 yaşı tamam oldu. BAKU.WS-in məlumatına görə, xoş günündə sevənlərindən, dostlarından, doğmalarından saysız-hesabsız təbrik ismarışları alan Faiq Ağayev onların hər birinə minnətdarlığını bildirib. "Cənab Qızıl Şlyaqer" sosial şəbəkə hesablarında paylaşdığı videoda bunları deyib: "Əziz sevimli dostlar, bayaqdan saysız-hesabsız təbriklər gəlir. İnstaqram, Feysbuk, İnstaqramın direkti, mesencer, smslər, zənglər, votsap... Hamınıza hədsiz dərəcədə minnətdaram. Səmimiyyətinizə, doğmalıq göstərdiyinizə görə o gözəl təbriklərə var olun. Yaxşı ki, varımsınız. Sizin sevginizə daim layiq olmağa çalışacağam. Öpürəm və bütün qəlbimin səmimiyyəti ilə siz çox sağ olun deyirəm!" 1971-cı də Bakıda dünyaya göz açan Faiq Ağayev peşəkar səhnəyə 1988-ci ildə gəlib. Həmin il “Bakı payızı-88” Respublika müsabiqəsinin qalibi seçilib. Bu müsabiqədən sonra “Qızıl Payız-89” Respublika müsabiqəsində, beynəlxalq “Vitebsk-90” müsabiqəsində, beynəlxalq “Yalta-92” televiziya müsabiqəsində də qalib gələrək, hələ tələbə ikən peşəkar ifaçı kimi ad qazanıb. Faiq Ağayev 1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqili teatr aktyoru fakültəsini fərqlənmə diplomu ilə bitirib. Bundan sonra müğənninin professional səhnə həyatında yüksəliş mərhələsi başlayıb. 1996-cı ildən o, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin solistidir. 2000-ci il oktyabrın 28-də Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin fərmanı ilə Faiq Ağayev əməkdar artist fəxri adı alıb. 2008-ci ilin 17 sentyabr tarixində Faiq Ağayevə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycanın xalq artisti fəxri adı verilib.
Faiq Ağayev 47-yə çatdı - VİDEO
2000-ci ildə "İlin müğənnisi" nominasiyasında "Qızıl Mikrofon" Milli Mükafatını qazanan Faiq Ağayev, 2001-ci ildə "İlin müğənnisi", "İlin albomu" ("Minilliyin sonu...") və "İlin konserti" ("Əsrin və minilliyin son konserti") nominasiyalarında "Grand" Milli Mükafatı sahibi olur. 2007-ci il 7-12 yanvar tarixlərində Heydər Əliyev Sarayında 5 günlük solo konsert keçirməklə Faiq Ağayev Azərbaycan musiqi tarixində rekord müddət müəyyən etmiş olur. 2008-ci ilin 17 sentyabr tarixində Faiq Ağayevə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının Xalq Artisti fəxri adı verilmişdir.
Faiq Ağayev 47-yə çatdı - VİDEO
Bundan sonrakı bir neçə ildə Faiq Ağayev "Bal kimi", "Hiss et", "Odlanacaqsan", "Billahi", "Əlvida" və s. mahnıları ifa edir. 2012-ci ilin 27-30 dekabr tarixlərində Faiq Ağayevin Heydər Əliyev Sarayında 4 günlük anşlaqlı "VIDA" solo konsertləri keçib. Pərəstişkarlar arasında "Cənab Qızıl Şlyager" adını qazanan Faiq Ağayev yaradıcılıq fəaliyyəti ərzində 300-dən çox solo konsert verib. 2013-cü və 2015-ci illərdə Beynəlxalq "Eurovision" mahnı müsabiqəsinin Azərbaycan milli münsiflər heyətinin üzvü olub.Hüseyn MəmmədsalahovBAKU.WS

Son xəbərlər